Azərbaycan Teatr Ensiklopediyasının təqdimatı olub

Azərbaycan Teatr Ensiklopediyasının təqdimatı olub
27 dekabr 2017
# 11:12

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş “Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevensiklopediyanın yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Nazir bildirib ki, gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı zəngin inkişaf yolu keçib, təqdim edilən ensiklopediya fundamental bir tədqiqatın nəticəsidir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ensiklopediyanı Azərbaycan mədəniyyəti tarixində dəyərli bir əsər kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, nəşr edilən ensiklopediya gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı üçün Mədəniyyət və Turizm Nazirliyitərəfindən ən layiqli hədiyyədir.

Millət vəkili Nizami Cəfərov ensiklopediyanı müstəqillik dövrünün prinsiplərinə uyğun bir əsər adlandırıb. Yaradıcı heyəti təbrik edən akademik kitabda teatr tarixinin bütün məqamlarına işıq salındığını və nəşrin gənc nəsil üçün dəyərli bir məlumat mənbəyi olduğunu söyləyib.

Xalq artisti Fərhad Bədəlbəyli, millət vəkili Aqil Abbas, teatrşünas professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə müəllifi təbrik edərək kitabın Azərbaycan teatr panoramını tamamlayan sanballı əsər kimi dəyərləndiriblər.

Müəllif İlham Rəhimli 3 cildlik kitabın ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Teatr Muzeyinə, paytaxt teatrlarının rəhbərlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, yeni nəşr “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən çap olunub.

Qeyd edək ki, müəllifi professor İlham Rəhimli olan “Azərbaycan Teatr Ensiklopediyası”nın layihə rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihə koordinatoru nazir müavini Ədalət Vəliyevdir. Rəyçilər professorlar Kamal Abdulla, Nizami Cəfərov, Azər Paşa Nemətov, Rafiq Sadıqovdur. Ensiklopediyanın reaksiya heyətinin üzvləri professorlar Timuçin Əfəndiyev, Fərəh Əliyeva, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov və Aydın Talıbzadədir.

# 863 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #