Türkiyədə birinci olan rejissor: “Özümü ortada qalmış hiss edirəm” - MÜSAHİBƏ

<span style="color:red;">Türkiyədə birinci olan rejissor:  <b>“Özümü ortada qalmış hiss edirəm”</b> - <span style="color:red;">MÜSAHİBƏ
23 dekabr 2017
# 12:59

Gənc rejissor Amil Məmiyevin “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Həmçinin filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. “Qara bağ” filmi ömrünün son günlərini yaşayan laçınlı qaçqından, onun vətən nisgili ilə ölməsinə dözə bilməyən doğmalarından bəhs edir. Kulis.az rejissor Amil Məmiyevlə müsahibəni təqdim edir:

- Amil bəy, filminiz jürini və tamaşaçıları nə ilə təsirləndirdi və sizcə konkursdakı filmlərdən nəyi ilə fərqlənirdi?

- Filmdə Qarabağ mövzusuna sülh kontekstindən yanaşıldığı üçün jürinin diqqətini çəkdi. Ələlxüsus, orada bir epizodda dilək ağacındakı qara bağların içində olan tək-tük ağ bağları, ümumiyyətlə, filmin ümumi üslubunu çox bəyəndilər. Tamaşaçıları bizim məcburi köçkünlərin yaşayış tərzləri maraqlandırırdı. Çoxlu suallar verdilər bu yöndə.

- Filminizi görməmişəm, amma süjetindən xəbərim var. Deyin filmin ideyası necə yarandı?

- Filmimin ideyası Moskvada oxuyanda gəlib. Həm də ssenari demək olar öz həyatımdır. Məcbur köçkün həyatı və bunların fonunda baş verən hadisələr. Filmimdəki qoca kişi hardasa babamın, onun oğulları isə əmimin və atamın prototipidi.

- Digər qalib olan filmlər haradan idi və nə barədə çəkilmişdi?

- Festivala dünyanın 124 ölkəsindən 5404 film təqdim olunub və xarici filmlər kateqoriyasında 11, yerli kateqoriyada 11 film seçilib. ABŞ, Fransa, Belçika, Əlcəzair, Banqladeş, Rusiya, Malayziya, İsveç, İran və Azərbaycan. Bizim film birincilik ödülünü aldı ki, ən yaxşı film nominasiyasının qalibi oldu. Mükafatı Türkiyənin Mədəniyyət və Turizm naziri təqdim etdi. Bundan əlavə filmin baş qəhrəmanı Elxan Abbasov da “Ən yaxşı aktyor” nominasiyasında qalib oldu. Digər filmlər də maraqlı idi. Onlarin içində hətta Kann festivalına getmiş film də var idi. O da “Ən yaxşı rejissor işi” üzrə ikincilik ödülünü aldı. Ümumi 9 filmin mövzuları daha çox sosial problemlər, itib gedən mədəni irsə baxış, fərdin cəmiyyətdəki vətəndaşlıq hüququ, vicdan mühasibatlığı, işçi qüvvələrinin öz ölkələrindəki çabaları və bir neçə başqa sosial problemlərlə ilgili idi. Mükafatları əməyə sayğı adı ilə təqdim etdilər. Türkiyədən də yaxşı filmlər var idi. Məsələn, “Qırmızı” və “Abiyə” bədii filmlərini, “Xına” sənədli filmini çox bəyəndim.

- Sizə pul-para qazandıran işiniz nədir və rejissor fəaliyyətinizə necə təsir edir?

- İşimin rejissorluğa təsiri… Açığı, çox çətindi. Düzdür, işimə yaxın olan tv, media və s. bağlı sifarişlər olur. Ancaq təəssüf ki, sifariş edən adamların zövqləri aşağıdır. Hər şeyi pul xətrinə eləyib yola vermək istəyirlər. Buna görə də, demək olar ki, məcbur qalıb çoxunu özümdən uzaqlaşdırıram, ancaq hardansa pul da qazanmaq lazımdır. Sənət müəllimimin gözəl bir sözü vardı: “Ya sənətlə məşğul olub ac qalmalısan, ya da çoxluğun bayağı zövqünü oxşayıb pul qazanmalısan”. Təəssüf ki, özümü hələ ortada qalmış hiss edirəm. Mütləq ikisindən birini seçmək lazımdı. İkisini bir yerdə davam etdirmək çox çətindi. Bu baxımdan festivalların önəmi çox böyükdür. Yəni, festivallar səni birinci əsl seçimi etməyə daha da yaxınlaşdırır. Hər festivalda getdikcə daha da bişdiyini anlayırsan və “Kino mənim həyatımdı” anlayışından “Həyat mənim kinomdur” anlayışına keçid edirsən. Bir sözlə, çəkmək istədiyim, demək istədiyim çox şeylər var. Hətta düzünü desəm, “Qara bağ” filmi də tam ürəyimcə deyil. İlk filmim kimi mənə çox əziz olsa da, bilirəm ki, vaxt keçəcək bundan qat-qat yaxşı filmlər çəkəcəm. Məni narahat edən başqa mövzular var yaxın zamanda mütləq onları reallaşdıracam.

- Şeirləriniz ədəbi cameədə maraq doğurdu. Nə qədər intensiv yazırsınız və kitab çıxarmaq kimi fikriniz varmı?

- Bir şeir kitabından da daha çox şeirlərim var. Elə gün yoxdur ki, qeydlər aparmayım, nələrsə yazmayım. Sadəcə olaraq, yazdıqlarım kinoya çox yaxındı. Bəzən olur ki, ideyanı şeirə, ya filmə çevirməyə qərarsızlaşıram. Yəni, şeirlərimi gələcək filmlərimdəki, ya hansısa bir süjetin, ya hansısa bir dialoqun, ya da hansısa yaranacaq yeni bir işin ideyası kimi görürəm. Bu üzdən yazdığım, amma qərar vermədiyim çox şeirlərim var. Düşünürəm ki, gələcək bir-iki ildə, yəni, otuz yaşımı keçməmiş ədəbiyyat camesine daxil ola biləcəm…

# 869 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #