Afaq Məsud Moskvada nəşr olundu

Afaq Məsud Moskvada nəşr olundu
22 dekabr 2017
# 10:20

Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında tanınmış yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun “Seçilmiş əsərləri” rus dilində çapdan çıxıb.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, kitaba yazıçının “Azadlıq” romanı, “Gecə”, “Sərçələr”, “Kirxa” və digər hekayələri, müxtəlif illərdə dərc edilmiş müsahibələrindən, qeyd dəftərindən parçalar daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, professor Nizami Cəfərov nəşrə yazdığı “Ön söz”də Afaq Məsud yaradıcılığının özgürlüyünü önə çəkərək onun özünəməxsus, klassisizmin dərin köklərinə və modernizmin güclü enerjisinə əsaslanan ədəbiyyat yaratdığını qeyd edib. N.Cəfərov yazır: “Afaq Məsudun əsərlərinin bir çox dillərə tərcümə edilməsinə, onun yaradıcılığı haqqında Vyana Universitetində doktorluq dissertasiyası müdafiə olunmasına baxmayaraq, Afaq Məsud yaradıcılığının hamı tərəfindən anlaşılıb qəbul edildiyinə əmin deyiləm. Ancaq bir məsələ aydındır ki, onu sevənlər də, sevməyənlər də onunla hesablaşmağa, adını çəkməyə məcburdurlar. Deməli, o, sanki pəncərədən açılan mənzərə kimi daim bizimlədir”.

“Xudojestvennaya literatura” nəşriyyatı “Klassiklər və müasirlər” silsiləsindən nəşr edilmiş kitabın müəllifini oxuculara parlaq aforistik dil üslubuna malik yazıçı kimi təqdim edib. Kitabın annotasiyasında qeyd olunduğu kimi, Afaq Məsudun qəhrəmanlarının düşdükləri vəziyyətlər o qədər həyatidir ki, hadisələrin Bakıda, Moskvada, yaxud başqa şəhərdə baş verdiyinin fərqinə varmırsan.

# 780 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
#
#
# # #