Oskar namizədləri bəlli oldu

ABŞ Kino Akademiyası Oskara namizəd filmlərin geniş siyahısını açıqlayıb.

 

Kulis.az rus mətbuatına istinadla xəbər verir ki, “Ən yaxşı filmi" nominasiyasına 300-dən artıq film təqdim olunub.

 

Mükafata əsas namizədlərin sırasında “Möcüzə-qadın”, “Ülgüc üzərində qaçış 2049”, “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır”, “Dünkerk” və başqa filmlər var.

 

Xatırladaq ki, dünyanın ən məşhur kino mükafatı olan Oskarın təqdimetmə mərasimi 4 mart 2018-ci ildə Los-Ancelesdə keçiriləcək.

 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018