Hüseyn Cavidin 135 illiyi qeyd olunub

Hüseyn Cavidin 135 illiyi qeyd olunub
19 dekabr 2017
# 10:00

Akademik Milli Dram Teatrında Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan gecə keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Baş nazir Artur Rəsi-zadə, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ombudsman Elmira Süleymanova, maliyyə naziri Samir Şərifov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan yubiley mərasimində şairin həyat və yaradıcılığını özündə əhatə edən sərgi açılıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən il ərzində müxtəlif mədəniyyət müəssisələrində böyük şairin yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilib: “Hüseyn Cavidin yaradıcılığı, fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olub. 1937-ci ilədək 20-dən çox pyes yazan Hüseyn Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərləri Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub”.

Yubiley mərasimində Hüseyn Cavidin bir neçə əsəri əsasında hazırlanan tamaşa təqdim olunub. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Gülnar Hacıyeva və Cavid Təvəkküldür.

Səhnə əsərində Cavid obrazını əməkdar artist Elşən Rüstəmov canlandırıb. Digər rollarda əməkdar artistlər Kazım Abdullayev, Füzuli Hüseynov, Elxan Quliyev, Mirzə Ağabəyli və başqaları çıxış edib.

# 780 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #