Kukla Teatrında Yeni il tamaşası hazırlanır

Kukla Teatrında Yeni il tamaşası hazırlanır
13 dekabr 2017
# 09:39

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün yeni səhnə işi hazırlayır.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək.

Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqi tərtibatı əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.

Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər.

27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans Azərbaycan, bir seans isə rus dilində göstəriləcək.

Tamaşaya biletlərin qiyməti 3 manatdır və dekabrın 15-dən etibarən teatrın kassasından əldə oluna bilər.

# 779 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #