Gümrah Ömər teatr direktoru təyin olundu

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris teatrına yeni baş rejissor və direktor təyin olunub.

 

Universitetdən Kulis.az-a verilən xəbərə görə, dekabr ayının 7-dən Səda Tədris teatrına rejissor Gümrah Ömər rəhbərlik edir.

 

Gümrah Ömər bundan əvvəl Yuğ teatrının baş rejissoru vəzifəsində çalışırdı.

 

 “Səda” Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılıb. Tədris Teatrı bir növ universitetin laboratoriyasıdır, teatrın səhnəsində tələbələrin tamaşaları, kurs işləri buraxılış kursların diplom tamaşaları nümayiş olunur.

 

“Səda” Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.

 

 

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018