Şuşada basdırın məni – YENİ ŞEİR

 

Kulis.az Gəray Göyyurdun yeni şeirini təqdim edir.

 

Kəlbəcərdə dağa bükün,

Göyçədə torpağa bükün.

Ağdərədə ağa bükün,

Şuşada basdırın məni.

 

Cəbrayıldan gəlsin suyum,

Füzulidə nəşim yuyun.

Laçında namaza qoyun,

Şuşada basdırın məni.

 

Xocalını qucaqlayım,

Zəngilana çatsın hayım.

Məni Ağdamda ağlayın,

Şuşada basdırın məni.

 

Qoy Xankəndi anam olsun,

Araz ağlar sonam olsun.

Qubadlı son duam olsun,

Şuşada basdırın məni.

 

Ana yurdun Borçalısı,

Dərbəndin dəmir qapısı.

Alın düşməndən qisası,

Şuşada basdırın məni.

 

Savalanı taxt eyləyin,

Təbrizi ağbaxt eyləyin.

Şuşanı paytaxt eyləyin,

Şuşada basdırın məni.

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017