Səs operatorunun 70 yaşı qeyd olunub

Səs operatorunun 70 yaşı qeyd olunub
6 dekabr 2017
# 17:03

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafında xidmətləri olan istedadlı səs operatoru Əsəd Əsədovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Kinostudiyadan verilən məlumata görə, tədbirdə kinostudiyanın direktoru, Əməkdar İncəsənət Xadimi Müşfiq Hətəmov, Xalq artistləri Rasim Balayev, Oqtay Mirqasımov və başqaları yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirdikdən sonra kinostudiyada əmək fəaliyyətinə başlayan Əsəd Əsədov 100-dən artıq bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150–dən çox süjetinin səs operatoru olub. “Firəngiz”, “Onun bəlalı məhəbbəti”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Cin mikrorayonda”, “Təxribat”, “Günlərin bir günü”, “Yaramaz”, “Əlvida, cənub şəhəri”, “Hacı Qara”, “Güllələnmə təxirə salınır”, “Ailə”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Məhkumlar” və digər filmlərdə səs tərtibatı sənəti və texnikası sahəsində professionallığını, parlaq yaradıcılıq istedadını nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, Əsəd Əsədov 1991-ci ildə “Yaramaz” filminə görə Dövlət mükafatına, 2003-cü ildə “Ailə” bədii filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına, 2000-ci ildə isə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layıq görülüb.

# 746 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #