Fərid Hüseynin yeni kitabı çıxıb - FOTO

Fərid Hüseynin yeni kitabı çıxıb - <span style="color:red;">FOTO
5 dekabr 2017
# 16:56

“Kaspi nəşrləri” seriyasından yeni kitab – Fərid Hüseynin “Hər kəsin öz eşqi” işıq üzü görüb.

Kulis.azın məlumatına görə kitab, Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibəti ilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.

Nəşr Hüseyn Cavid və Mişkinaz Cavidə, onların ailə sədaqətinə ithaf edilib. “Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevadır.

15 azərbaycanlı, 3 əcnəbi şairin həyat yoldaşının müsahibələri yer alan kitabda yüzlərlə fotolar və sənədlərin sürətləri verilib.

Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Fikrət Qoca, Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Adil Mirseyid, Zahid Sarıtorpaq, Salam Sarvan, Qismət, Aqşin Yenisey və Fərhad Metenin həyat yoldaşlarının müsahibələrindən başqa, Milorad Paviç, Atilla İlhan və Cemal Süreyanın xanımlarının da ədəbi söhbətləri nəşrə daxil edilib.

Nəşrin redaktoru Günel Şamilqızıdır.

# 743 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #