Hind kinosunun əfsanəsi vəfat etdi

Hind kinosunun əfsanəvi aktyoru vəfat edib.

 

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Şaşi Kapur 79 yaşında böyrək çatışmazlığından vəfat edib.

 

 Aktyor bir neçə il bu xəstəlikdən əziyyət çəkirdi və dializ aparatına bağlı həyat tərzi keçirirdi.

 

Şaşi Kapur 1938-ci ildə Hind kino sənayesinə illərdir hakim olan Kapurlar nəslinin üzvü olaraq dünyaya gəllib. Məşhur aktyor Rac kapurun kiçik qardaşıdır.  Karyerasına “Sanqam” və “dana Pani” kimi filmlərdə uşaq rolları ilə başlayıb.

 

Şaşi Kapur bir neçə ingilis və Amerika filmlərində də iştirak edib.

 

“Cənab Şekspir”, “Od və toz”, “Siddi hartha” filmləri ilə dünya çapında tanınıb. 2015-ci ildə Hindistanın ən böyük fəxri mükafatına - “Dadasaheb Phalke” mükafatına layiq görülüb.

 

LENT

25 Fevral 2018
24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018