Emin Sabitoğlu anılıb

Emin Sabitoğlu anılıb
1 dekabr 2017
# 17:44

Fəxri xiyabanda xalq artisti Emin Sabitoğlunun məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, ziyarətdə mədəniyyət və incəsənət xadimləri, musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Emin Sabitoğlunun müasir Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarı dillər əzbəri olan mahnıların, musiqi xəzinəsini zənginləşdirən simfonik əsərlərin müəllifi kimi dəyərləndirən Firəngiz Əlizadə bildirib ki, Emin Sabitoğlu yaradıcılığa başlayandan az sonra böyük populyarlıq qazanıb: “Onun mahnılarını biz hər yerdə eşidirik. Emin Sabitoğlu eyni zamanda gözəl filmlərə, teatr tamaşalarına musiqilər yazıb. Onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycanın musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var”.

Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova 80 illik yubileyi çərçivəsində Emin Sabitoğlunun yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Atası haqqında xatirələrini bölüşən C. Mahmudova bəstəkarın xatirəsinə göstərdiyi diqqətə görə Azərbaycan dövlətinə və Bəstəkarlar İttifaqında təşəkkürünü bildirib.

Qeyd edək ki, Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakıda yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

# 875 dəfə oxunub

Oxşar xəbərlər

“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

12:30 19 aprel 2024
İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
# # #