Tahir Salahovun ad günü qeyd olunub

Tahir Salahovun ad günü qeyd olunub
29 noyabr 2017
# 17:17

Noyabrın 29-u müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvi Tahir Salahovun doğum günüdür.

Bu münasibətlə noyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində İncəsənət Gimnaziyasının şagirdlərinin əsərlərindən ibarət sərgi açılıb və şagirdlərin konsert proqramı təşkil olunub.

Tədbirdə muzeyin direktoru Səadət Mirzəyeva çıxış edərək ev-muzeyin yaradılmasından və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Muzeyin kolleksiyasında 798 eksponat var. Beş il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra ölkələrdən turistlər məhz dahi sənətkarın ev-muzeyini ziyarət etmək üçün İçərişəhərə gəlir.

Bildirilib ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Belə tədbirlərin ənənəvi olaraq hər il keçirildiyini bildirən Səadət Mirzəyeva deyib ki, bu gün gənc rəssamların əsərlərinin görkəmli rəssam Tahir Salahovun əsərləri qarşısında nümayiş olunması simvolikdir, gələcəkdə onlar arasında da belə sənətkarların olmasına inam yaradır.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova dünya şöhrətli sənətkar Tahir Salahovun ad günü münasibətilə bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Şagirdlərin bu konsertə çox böyük həvəslə hazırlaşdığını deyən A.Əhmədova tədbirdə milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının da əsərlərinin səsləndiriləcəyini söyləyib.

Tədbir konsert proqramı ilə davam edib.

AzerTac

# 1595 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #