Ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb
28 noyabr 2017
# 16:28

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında “Zaman və Məkan” sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ittifaqın birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev ssenari müsabiqəsinin təşkil olunmasının məqsədindən danışıb.

C. Quliyev qeyd edib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova müsabiqənin həm də digər sahələrdə çalışan gənclərə kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ş. Məmmədova rəhbərlik etdiyi ittifaqın ssenarisi qalib olan şəxslərə fəaliyyətlərini bundan sonra da davam etdirmələri üçün hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

Müsabiqənin qalibləri - “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisinin müəllifi Rəşad Şükürov, “Qara Qızıl” ssenarisinin müəllifi Seyran Əmirov çıxış edərək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına, onun rəhbərliyinə və münsiflər heyətinə təşəkkürlərini bildiriblər. Onlar Kinematoqrafçılar İttifaqının bundan sonra da elan edəcəyi ssenari müsabiqələrində iştirak edəcəklərini deyiblər.

zaman ve mekan ssenari musabiqesinin qalibleri mukafatlandirilib

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #