“Yazı” jurnalının yeni sayı çap olunub

“Yazı” jurnalının yeni sayı çap olunub
22 noyabr 2017
# 15:13

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb.

Kulis.azın verdiyi xəbərə görə, “Baş redaktordan” yazısı ilə açılan dərginin “Yazıçıların arxivindən” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuarının davamı, “Yubiley” bölümündə isə böyük yazıçımız Əkrəm Əylislinin 80 illiyi ilə əlaqədar materiallar verilib.

“Poeziya” bölməsində Əjdər Ol, İbrahimxəlil, Qardaşxan, Qismət Məsim, Aydın Dəmirçi, Cabir Albantürk, İltimas Səmimi, Azər Xanlar, Pərvanə Bayramqızının şeirləri, “Nəsr” bölümündə Sirac Mustafayev, Şəhla Nihan, Həmid Piriyev, Xəyyam Nəbiyev, Yalçın Hüseynlinin hekayələri və Usuboğlunun uzun hekayəsi çap olunub.

“Güneydən səslər”də Məhəmmədəli Məhzunun bir şeiri, habelə Almaniyada yaşayan güneyli yazar Fəriba Vəfinin “Tərlan” romanının mükafata layiq görülməsi haqda xəbər, “Çevirmə”də Şarl Bodler, M.Svetayeva, O.Mandelştam (Xeyrulla Xəyalın tərcüməsində), Turqut Uyarın şeirləri və Xulio Kortasar, Kazio İşiquronun hekayələri, “Esseistika” bölümündə A.Qaradərəlinin Qanturalının “Fələk qırmancı” romanı barədə essesi verilib.

“Yaddaş”da nakam şair Rauf Soltan haqqında yazı və şeirləri, “Satira”da Arif Həkimoğlunun satirik şeirləri, “Ədəbiyyatımızın ayıb yeri” rubrikasında S.Vurğunun H.Cavid haqqında yazdığı “Səadət düşmənlərinə şeiri, “Palirta”da böyük italyan rəssamı Amadeo Modilyaninin yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr, habelə həvəskar rəssam Natiq Soltanovun əl işləri oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

Xatırladaq ki, “Yazı”nın yeni sayını noyabrın 23-ü kitabevim.az kitab mağazasında (28 may metrosunun yaxınlığında) satışda olacaq.

# 946 dəfə oxunub

Oxşar xəbərlər

Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
Bakıda Qırğız kino günlərinin açılışı oldu

Bakıda Qırğız kino günlərinin açılışı oldu

10:09 24 aprel 2024
Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
# # #