Dahi, ulu, tanınmış... – Nəriman Qasımoğlu yazır

Dahi, ulu, tanınmış... – <span style="color:red;">Nəriman Qasımoğlu yazır
22 noyabr 2017
# 11:20

Tarixdə, mədəniyyətdə, ədəbiyyatda, elmdə yetərincə iz qoymuş şəxsiyyətlərimizi öz yazılarında, çıxışlarında xatırlayan, onlardan bolluca sitatlar gətirən müəlliflərə nə gəlib ki, həmin şəxsiyyətlərin adlarının qarşısına epitetlər qoşurlar. Biri yazır “böyük Nizami öz əsərində…”, “ulu Füzuli şeirlərində…”, bir başqası yazır “dahi Üzeyir Hacıbəyov…” və s. və i.

Hələ tarixdə dərin iz salmamış, populyarlığı az olanlar haqqında “tanınmış qələm ustası filankəs” ifadəsi də bir yandan. Dahiliyi, nəhəngliyi tarixi təsdiqini tapmışlar haqqında axı niyə onların dahiliyini, böyüklüyünü mən oxucu üçün təkrar-təkrar qeyd etməlisən?

Filankəs tanınmışdırsa, məşhurdursa, daha sənə nə düşüb onu mənə "tanınmış" kimi tanıdasan? Bəlkə ona görə ki, mən bir oxucu kimi bundan xəbərsiz ola bilərəm? Məncə, ona görə deyil. Sadəcə həddindən artıq primitiv bir vərdişdən gələn yazı tövrüdür. Vaz keçilməsi arzu olunur. O ayrı ki, bizimkiləri əcnəbilərə onların dilində, yaxud onlarınkini bizə öz dilimizdə tanıdanda bəlkə də belə epitetlərə hansısa ehtiyac yarana bilər. Amma elə bilirəm, yerli kontekstdə bunlardan ümumən vaz keçilsə, gözümüz də, qulağımız da dincələrdi.

Bu bir yana, bir neçə dəfə elə olub ki, bir-iki "ağıllı" redaktor yazımda həmin epitetlərdən birini görmədiyindən özü əlavə edib.

Yeri gəlmişkən, bir dəfə bəstəkar Xəyyam Mirzəzadə yaradıcılığına həsr olunan tədbirdə çıxışçılardan birinin onun ünvanına səsləndirdiyi “böyük bəstəkar” epitetindən xoşlanmayıb həmin natiqi qınayaraqdan və eşidənlərini güldürərək zarafatla belə demişdi: “o böyük dediyin nədirsə, bazarda qarpız olar, bəstəkarın nə böyüyü, kiçiyi”

# 893 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #