İlham Qəhrəmanın kitabı Təbrizdə

İlham Qəhrəmanın kitabı Təbrizdə
22 noyabr 2017
# 11:17

İlham Qəhrəmanın kitabı Təbrizdə çap olundu

Tanınmış şair İlham Qəhrəmanın Təbrizdə şeirlər kitabı əski əlifbada çap olunub.

Şairin Kulis.aza verdiyi məlumata görə, “Məni bizə gətir” adlanan kitab 6 bölmədən ibarətdir. İlham Qəhrəman daha sonra bunları söyləyib: “Sevinirəm ki, yaradıcılığıma belə diqqət yetirib çap etməyə layiq biliblər. Hiss və həyacanımı özündə ehtiva edən, ürək qanımla yazdığım şeirlərin o taylı oxucuların qapısını döyməsi həm məsuliyyət, həm də qürurvericidir. Bu həm də şeirlərimin mənsiz də öz başını saxlayacağının təsdiqidir. Kitab bəzi işbazların pirat yolla çap etdirdiyi, üstündə qeyd edilən tirajla faktiki çap sayı arasında böyük fərq olan kitablardan deyil”.

Qeyd edək ki, “Məni bizə gətir” kitabı tanınmış şairin İranda işıq üzü görən ikinci şeirlər kitabıdır. Bundan əvvvəl onun Tehranda “Əsir dağlar” (“Pınar” nəşriyyatı, 2009) adlı kitabı nəşr edilmişdir. “Məni bizə gətir” bir az bundan əvvəl Təbrizdə keçirilən Beynəlxalq kitab sərgisində nəşriyyatın pavilyonunda sərgilənən kitablar arasında olmuşdur.

# 828 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #