Küçə fənərinə bənzər küçə qadınları – ŞEİRLƏR

Küçə fənərinə bənzər küçə qadınları – <span style="color:red;">ŞEİRLƏR
22 noyabr 2017
# 12:00

Kulis.az Taleh Eminoğlunun yeni şeirlərini təqdim edir.

ilk öpüş son qədəh

ilk öpüşlə

son qədəhlə

hər şey düşər yoluna

çoxluğundan əl üzüb

azınla yetinərsən

əlinin içi ilə sillə çəkib havaya

bu da keçər deyərsən

hər şey düşər gözündən

itirər mənasını

dəhşətli müharibələr

sənə oyun görünər

insanlar nə acından

nə də qara güllədən –

axı bu bir oyundu –

onlar yalandan ölər

ilk öpüşlə

son qədəhlə

hər şey düşər tilsimə

bilmədiyin aləmin

açılar qapıları

cavabını taparsan

cavabsız sualların

yuxu

xrom çəkməli nasist zabitinin

iti və nizamlı addımlarıtək

yaxınlaşır aclıq

biz isə ac və günahsız ruslar kimi qaçırıq

o günahsız aclar ordusu moskvaya –

son tikəyə qədər qaça bilmişdi

nəfəsimizlə isidib əllərimizi düşünürük –

bəs biz hara qədər qaça bilərik

çatarmı gücümüz

uzun olsa yolumuz

dizlərimiz dözərmi

sığınıb son ümidə

səs etsək

əl yelləsək

üfüqdəki toxluq

görən bizi görərmi

küçə qadınları

küçə fənərinə bənzər

küçə qadınları

kimin üçün yandıqları bilinməz

səhərlər unudulub

axşamlar xatırlanar

gündüzlər donar zaman

onlar gecə qocalar

bu rəngsiz ömürlərdə

yer yoxdu fəsillərə

fərq etməz onlar üçün

hansı aydı

hansı il

ötür keçir yeknəsəq

onların günsüz günü

nə sağ kimi sağdılar

nə də ölü tək ölü

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #