Qadın şairlərimiz Beynəlxalq Ədəbiyyat Portalında

Qadın şairlərimiz Beynəlxalq Ədəbiyyat Portalında
20 noyabr 2017
# 16:42

Belarusun paytaxtı Minskdə MDB ölkələri üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı – “Sozvuçie” müstəqillik dövrü Azərbaycan qadın şairlərindən bir qrupunun şeirlərindən seçmələri dərc edib.

Rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına Azərbaycan və Belarusun Yazıçılar birliklərinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.

“Qadın poeziyadır” başlıqlı təqdimatında K.Nəzirli poeziyamızın qadın nümayəndələrindən yalnız bir neçəsinin - Leyla Əliyeva, Nisəbəyim, Sona Vəliyeva, Afaq Şıxlı, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Təranə Məmməd, Günel Eyvazlı, Jalə İsmayıl, Nigar Həsənzadə, Xanım Aydın və Günel Şamilqızının şeirlərindən nümunələri MDB oxucularına təqdim edərək yazıb: “...Bu gün Azərbaycan qadını sosial rifah naminə evdə də, çöldə də işləyir, ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq tribunalarda çıxış edir. Bununla belə, Azərbaycan qadını poetik düşüncəsindən də qalmır, yaradıcılıqla məşğul olur, şeirlər yazır. Bu şeirləri tərəddüdsüz sənət nümunələri və poeziya adlandırmaq olar. Özü də bu şeirlər insanda hiss və həyəcan doğurur, diqqət və ehtirama layiqdir. Şeirlərdə ürək, ruh, məna yükü, əşya və varlıqların xarakterik təsvirləri və əlbəttə, obrazlı təəssürat var”.

Azərbaycan şairlərinin yaradıcılığını qiymətləndirən K.Nəzirli daha sonra qeyd edir ki, ötən əsrin 90-ci illərindən sonra qadın şairlərimiz yaradıcılıqla daha fəal məşğul olmağa başlayıblar: “Bizim qadınların yaradıcılığında əsas mövzu insana, doğma evə, ailəyə, dosta, bütün dünyaya sevgidir. Qadın şairlərimiz dünyanın taleyi üçün kişilərdən heç də az narahat olmurlar. Yaradıcı qadınlarımız istər-istəməz əcdadlarımızın bizə miras qoyduğu tarixi köklərimizə, ənənələrimizə bağlıdırlar. Bu gün onlar cəmiyyətdə mənəvi prosesə öz yaradıcılıqları ilə bir növ təkan verir, onu zənginləşdirirlər. Bu da damcı olsa da, dünya ədəbi prosesinə bir töhfədir...”

“Ədəbiyyatımıza, mədəniyyətimizə daim göstərdikləri diqqət və qayğıya görə Belarus informasiya nazirinin müavini Aleksandr Karlyukeviçə, MDB üzrə ədəbiyyat portalının rəhbərliyinə, xüsusilə tanınmış yazıçı və redaktor Anatoli Matviyenkoya təşəkkür edirik”, - deyə yazıçı-publisist qeyd edib.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #