Hitlerin heykəli qarşıdurma yaratdı

Hitlerin heykəli qarşıdurma yaratdı
13 noyabr 2017
# 11:43

Hitlerin mum heykəli nümayiş olunduğu İndoneziyanın Cokyakarta şəhərində yerləşən mum fiqurlar muzeyindən götürülüb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, hüquq müdafiəçilərinin kütləvi etirazından sonra baş verib.

De Mata Trick Eye Museum-un əməkdaşları son nəfərinə kimi heykəli müdafiə edib, lakin “Simon Vizental Mərkəzi” yəhudi hüquq müdafiəçiləri təşkilatının təzyiqlərinə davam gətirə bilməyiblər.

Mum fürer Osvensim ölüm düşərgəsinin darvazasının qarşısında qoyulmuş, fiqurun altında “Əmək azad edir” sözləri yazılıbmış. Eksponat Darta Veyderin yanında İndoneziya prezidenti Corco Vidodo ilə üzbəüz qoyulmuş, selfi çəkənlər arasında məşhur idi.

Muzey işçiləri üç il ərzində Hitlerin fiquruna görə heç bir narazılığın olmadığını söyləyib. Muzeyin meneceri isə fürerin mum fiqurunun nümayişinin insanları tərbiyələndirmək məqsədi daşıdığını söyləyib.

Human Rights Watch və “Simon Viental Mərkəzi” eksponatı və bütünlükdə sərgini iyrənc və antisemit adlandırıblar. “Onlar adamların sağ girib ölü çıxdığı düşərgənin tarixi ilə əyləniblər” – deyə keşiş Abraam Kuper bəyan edib.

# 814 dəfə oxunub

Oxşar xəbərlər

Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:18 26 aprel 2024
Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

12:00 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
#
#
# # #