Məşhur yumorist vəfat etdi

Məşhur satirik və yumorist Mixail Zadornov 69 yaşında vəfat edib.

 

Klis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Zadornov uzun müddət xərçəngdən müalicə alırdı.

 

Noyabrın 8-dən məşhur artistin vəziyyətinin ağırlaşdığı, suallara reaksiya vermədiyi xəbəri yayılmışdı.

 

Zadornov bütün ittifaqda satirik səhnələri, yumoristik dialoqları ilə məşhur olan yazıçı-satirik, yumorist, dramaturq və aktyor idi. 

 

Keçmiş Sovet ittifaqında satirik səhnələri, yumoristik dialoqları ilə məşhur olan yazıçı-satirik, yumorist, dramaturq və aktyor Mixail Zadornov 1948-ci ildə doğulub.

 

İlk dəfə 1982-ci ildə monoloq ilə televiziyada debütünü edən Zadornov həm də 1991-ci ilin dekabrın 31-də saat 23 45-də ölkə sakinlərinə müraciəti ilə yadda qalmışdı. Ənənəyə görə bunu diktor və ya ölkə başçısı edirdi.

 

1992-ci ildən KVN-in yüksək liqasında münsif olub. 10-dan artıq kitabın müəllifi idi. Zadornov “Anşlaq”, “Smexpanorama”, “Satirik proqnoz” kimi televerilişlərin aparıcısı və müəllifi idi.

 

“Asan yaşamaq çətindir” adlı konserti və xüsusən SSRİ prezidentini parodiya etməyi ona böyük şöhrət gətirmişdi. Müasir Qərbin həyat tərzi və mədəniyyətini tənqid yumoristin yaradıcılığında əsas xətlərdən idi.

 

Mixail Zadornov aktiv internet istifadəçisi idi, bloq və Youtube kanalını idarə edirdi. Həmçinin satirikin musiqi əsərlərinin müəllifi idi.

 

2016-cı ildə beyin xərçəngi xəstəliyinə tutulduğu xəbərini yumorist sosial şəbəkədə özü paylaşmışdı.

 

Zadornovun 50 ildən artıq vegetarian həyat tərzi sürdüyü də mətbuata məlum idi.

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017