Elçin Şıxlı: “Əcəb eləyib onu qovub!” - CAVAB

<b><span style="color:red;">Elçin Şıxlı:  “Əcəb eləyib onu qovub!” - <span style="color:red;">CAVAB </b>
8 noyabr 2017
# 11:47

Kulis.az-da mərhum şair Kələntər Kələntərlinin “Bu səfər bitən deyil” kitabından bir xatirə yayımlanıb. Həmin xatirə birmənalı qarşılanmadı. Xatirədə həbsdən çıxan şairin təzədən Yazıçılar Birliyinə üzv olmaq istəyinə İsmayıl Şıxlı “Bundan sonra bizim cərgəmizə qayıtmağa sənin mənəvi haqqın yoxdur” cavabını verib.

Məsələ ilə bağlı yazıçının oğlu, tanınmış jurnalist Elçin Şıxlı fikirlərini bildirib. O saytımıza açıqlamasında qeyd edib ki, K.Kələntərlinin yazısı başdan-ayağa səhvlərlə doludur:

“Orda yazır ki, Balaş Azəroğlu katib idi. Halbuki 81-ci ildən sonra katib seçilib. Ümumiyyətlə, Kələntər Kələntərlinin yazıları ilə bağlı həmişə etirazlar olub. Nəriman Qasımoğlu və Paşa Əlioğlunun etirazları yadımdadır. Qaldı İsmayıl Şıxlıya... İsmayıl Şıxlı Azərbaycan çörəyini yeyib Azərbaycanda separatçılıq eləyən, milli ədavət salan adama o sözləri deyərdi. İsmixan Rəhimov adında adam olub, bizim gözəl dilçimiz. Gülhüseyn Hüseynoğluyla Azərbaycanın müstəqilliyi üçün gizli təşkilat yaratmışdı. Müharibədən sonra hər ikisi həbs olunub sürgün edilmişdi. Atamın aspirant yoldaşı olub İsmixan. Mənə maraqlıdır, həbsdən qayıdan adamla görüşən, ona kömək eləməyə qorxmayan İsmayıl Şıxlı necə Kələntərə yardım etməzdi? Əgər Kələntər düz adam olsaydı, o sözləri ona deməzdi. Fikir verin, yazıda Kələntər yazır ki, sevimli müəllimim İsmayıl Şıxlı parkda qoluma girdi və məni kabinetinə dəvət etdi. Axı qoluna girib kabinetinə dəvət edən adam pis ola bilməz. Məntiq yoxdur burda. Yəqin, kabinetinə çağırıb Kələntəri, o da artıq-əskik danışıb və o da elə deyib. Əcəb eləyib və düz eləyib. Ümumiyyətlə, İsmayıl Şıxlının Azərbaycana xor baxan adamlara münasibəti bu cür olub. Separatçıları qovmaq və yerini göstərmək lazımdır”.

# 819 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #