Ssenari müsabiqəsi başa çatdı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün elan olunan ssenari müsabiqəsi başa çatıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Kulis.az-a bildirib ki, müsabiqəyə 50-dən yuxarı sənədli film ssenarisi təqdim edilib. Müsabiqə şərtlərinə uyğun təqdim edilmiş ssenarilər artıq İttifaq tərəfindən elan olunan əsas juri heyətinə təqdim edilib. Əvvəlcədən adları gizli saxlanılan juri, bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adları açıqlanacaq.

 

Ümumilikdə bu ilin sonuna qədər elan olunmuş müsabiqə ilə bağlı qiymətləndirmələr, qaliblərin adlarının açıqlanması və bunlarla bağlı bütün tədbirlər yekunlaşacaq.

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017