Qarabağ məmləkətimin Allah dərgahındakı məkanı – İbrahim İbrahimlidən YENİ ŞEİRLƏR

Kulis.az İbrahim İbrahimlinin yeni şeirlərini təqdim edir.

              

Janrsız janra aid olan poeziya janrının mətnləri

                                                      

1

         

Səmavi anlayışlar yalnız o məkanda ibadət edənlərin və etməyənlərin də yaşadıqlarını duyardı və həmin onların yaşadıqlarını səmaya məxsus mühüm bir reallıq kimi qəbul edərdi, mütləqliyin bir reallığı kimi.

           

Səmavi anlayışlar yalnız o məkanda varlıqlarını və yaşadıqları varolmaların, yaşam üsullarının, müsbət anlamlı varolmaların reallığını asudə bilib mükəmməllik kimi yaşayardılar.

           

Səmavi anlayışlar yalnız o məkanın ucalığında duran göyləri varlıqları kimi görərdilər və barəsində söhbət apardığımız həmin məkanın üstündə olanları elə səmavi anlayışlar kimi bəsləyərdilər.

         

Səmavi anlayışlar yalnız o məkanda yaşadığımız bu dünyanın və müxtəlif kainatların reallıqlarını göylərin reallıqlarına uyğunlaşdırmağı şəxsi yaşamları kimi ömürlərinə aid edərdilər.

         

Səmavi anlayışlar yalnız o məkanda varlıqlarını hündür ağacların yaşıl-yaşıl yarpaqların anlamı, bu dünyanın yaşamdakı və mütləqliyin göylərdəki imkanları kimi görərdilər.

           

Səmavi anlayışlar yalnız o məkanda mövcud olanlara göylərin və səmanın ən ənginliklərindəki, bəyaz-bəyaz  pak anlayışların mümkünlüklərini reallıq kimi bəxş edərdilər - bütün bunların yaşam üsullarından görünür ki, Qarabağ məmləkətimin Allahın dərgahındakı məkanıymış.            

                                                                          

2

             

Dünyada və kainatlarda naməlum məlumluq duyuram, sən bu duyulmaqda reallığı və varlığı olmayan bir anlayış kimisən. Sənsizliyi naməlumluq kimi yaşayıram, məkansızlıqdan varlığımın mütləq yaşayışı kimi yaşayıram səni, naməlum bir müəyyənlikdə. Mən müəyyənliyin səninlə olmayan tərəfiyəm.

             

Həssaslıqla sənsizliyinin qeyri-reallığı və  duyulmazlığı səniymişsən düşünürəm, ömrümün naməlumluğu ilə və bir də sənsizliyi ilə məşğulam. Ömrümdəki məkanı və mütləqliyi müəyyənləşdirirəm ki, mənsiz ömrün yalqızlaşmasın naməlumluqda, sənə görə hədsiz naməlumluğam. Sən yalqızlaşmış naməlumluqda yaşaya bilməzsən, məndən ayrılma. Əgər ayrılsan neyləsən də mənsiz sənmi və ya şəxsi varlığınmı olammazsan.

                                                                  

3

             

Mən dünyanın və kainatların mövcudluğunda həssaslığın naməlum hisslərinin şairiyəm, yazıram naməlumluğu. Mən dünyanın və kainatların şairlərinin əksinə olaraq şəxsi varlığımı şeirlərdə deyil, o şeirləri şəxsi varlığımda reklam edirəm.

             

Bir naməlumluq kimi indən belə şeirlərimi naməlum hisslərin naməlumluğu kimi yaşayacağam haçansa. Yaşadığımız bu dünyanın və kainatların reallığında naməlumluq və yaxud məlumluq kimi ölməməkdən ötrü. Axı şairlik həmdə yazdıqlarınla heç vaxt ölməməyi öyrənməkdi.

                                                                  

4

              

Bu da mən, mən bu dünyanın və yaşadığımız kainatların reallığında sənə olan sevginin və yaşamağın ölümsüzlüyünə qovuşub gəlmişəm mövcud olduğun bu məkana. Sənsiz deyiləm yaşadığım bu məkanların yaşamsız ömürlərində də. Yaşayıram səbəblərə səbəb kimi.

             

Sevginin ölümə ölüm bəxş edən reallığında sənsizlik görünmür daha, bu sevgi sənsizliyə sənsizliyində də mənimlə olmağının üsulunumu, sirrinimi öyrətməkdə. Məni bu dünyada və kainatlarda mən kimi fərqləndirən yazdıqlarım sənin sevginiymiş.

               

Mən şəxsi varlığıma qayıtmışam qovuşmazlığımızla, qovuşmağımızı sənliliyin bütövlüyü kimi görürəm yaşadığım sevginin yaşam məqamlarında, bununla reallığını irreallığının fonunda yaşayıram. Artıq varlığımda bir məqam yaşayır. Xəyalların gerçəkləşdiyi məkandı ömrüm. Yaşayıram bu ömrün reallığını irreallıq kimi, yəni sevgimiz də ömürsüzdü ölümdə, sevgimiz ölümsüzlüyə tapınmaqda. İndən belə məni sevməkdən usanma, canım. Bu dünyada və kainatlarda usanmaqdan usan.

                                                            

5

 

Səmada buludların yağmuru,

Vaxt yağış axtarır.

Yer üzündə yaşam sönükdür,

Hər anında dərd tapılır.

 

Uzaqdan sənsizlik parlayır,

Gecədə itkin ömürlər.

Gecə də ayrılıq pıçıldayır,

Nədəsə sən tapılmır.

 

Budur yağış yağır,

Təəssüf ki, zaman duyulmur.

Hətta gecədəki şaxtada,

Dərdi yuvasına qovmur.

 

Ömrümdə sevgi üşüyür,

Sevgi ömrümü anmır.

Hardasan istəklim, gəlsənə,

Vallah - Sənsiz zamanda yaşanmır.

                                                        

6

 

Mənə mən olmağı öyrət,

Ölümümü ölüm.

Mənə mən olmağı öyrət,

Ömrümü ömür bilim -

Ölüm qucağında.

 

Mənə mən olmağı öyrət,

Ölümsüz görünsün ömrüm.

Mənə mən olmağı öyrət,

Ölümümü dünyada itirim -

Ölüm qucağında.

 

Mənə mən olmağı öyrət,

Ölümə meyllənməyim.

Mənə mən olmağı öyrət,

Hətta öləndə də ölməyim -

Ölüm qucağında.

 

Mənə mən olmağı öyrət,

Ölümdə görünməyim.

Mənə mən olmağı öyrət,

Allahın ömrü olsun ömrüm -

Ölüm qucağında.

                                              

7

 

Məndən məni istə

Varımdı.

Məndən səni istə,

Varımdı.

 

Məndən yer üzünü istə

Varımdı.

Məndən göy üzünü istə,

Varımdı.

 

Məndən dünyanı istə,

Varımdı.

Məndən kainatı istə

Varımdı.

 

Məndən yalnız ölümü istəmə,

Mənim ömrüm ölümə aidiyyatı olmayan

Və heç vaxtda aiddiyyatı

Olmayacaq bir ömürdü.

                                                            

8

 

Mən sənin varlığına yalnız gördüklərim kimi

Yanaşıram, mən səndə görünməyənləri də görürəm.

Mən sənin varlığına hansısa anlayışsız məqamların

Reallığı kimi baxıram, mən səndə duyulmayanları da

Duyuram. Mən sənin varlığına hansısa reallıqsız məqamın

Olmamasına bəslədiyim münasibəti bəsləmirəm, mən səndə

Yaşanmayanları da yaşayıram. Mən səni zamana aid olan və

Olmayan bütövlüyünü sevirəm. Ona görə ki, sən

Qovuşmamağın zamanı olmayan yeganə zamansan bu

Dünyada.

 

9

        

Varlığım mövcudluğun kimsəyə məlum olmayan                       yaşamıdı, ömrümdə əks etdirirəm kimsəyə məlum olmayan naməlumluqları, yaşamımda hansı mövcudluq üsulu yaşanırsa fərqliliyin, yaxud da qeyri-adiliyin reallığı kimi və ya yaşanır yaşadığımız dünyanın reallığında.

        

Fərqlənirəm dünya kimi, hüdudsuz kainatlar kimi, hətta Allahda bu naməlum fərqlənmənin fərqindədi, fərqliyəm bütün yaşam tərəflərim ilə, əsasən də bu dünyanın məsum tərəfi olmağımla. Məsumam dünyada və ömürlərin yaşamında. Mən bu məsumluqla Allahın məxsusi məsum mənliyiyəm.

                                                                  

10

           

Paris şəhəri mövcudluqlara, həmçinin yaşanmayan varolmalara da yaşamağı öyrədən şəhərdi. Yaşanmayan varolmaların yaşanan tərəflərinin fikrincə Parisdəki Eyfel qülləsinin hündürlüyü, əslində o şəhərdə unudulmayan yaşamların fantaziyasının ölçüsüdür. Yaşanan varolmaların yaşamağıyla Parisdə yaşamaq mümkün deyil - Paris şəhəri bu dünyadakı yaşayışı, yaşam rəngarəngliyini adiləşməyə imkan verməyən şəhərdir. 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017