13 rəqəmi, qara pişik, qaranlıqda zibil atmaq...bu batil inanclar necə yaranıb?

<b>13 rəqəmi, qara pişik, qaranlıqda zibil atmaq...</b> – <span style="color:red;">bu batil inanclar necə yaranıb?
6 noyabr 2017
# 17:30

Kulis.az geniş yayılmış batil inanclar və onların yaranma səbəblərini təqdim edir.

1. Ayın 13-ə təsadüf edən cümə günləri heç nə etməzlər

Bu inam “Əhdi-Ətiq”in şərhi zamanı yaranıb. Guya həmən gün Qabil Habili öldürüb. Sonralar bu əfsanə daha da genişlənib və 13 rəqəmi bədbəxtlik rəmzinə çevrilib.

2. Astanada adam adama hər hansı bir əşyanı verməz

Image result for порог дома

Məsələ burasındadır ki, qədimdə əcdadların külü astanada basdırılırdı və astanadan nəsə verərək onları narahat etmək təhlükəli sayılırdı. Buna görə də astanada oturmaq da olmaz. Astana həm də iki dünyanın - dirilər və ölülər dünyasının - sərhədi hesab olunur.

3. Adamın qabağına qara pişiyin çıxmağı bədbəxtlik əlamətidir.

Qara pişiklər qaranlıqdan seçilmədikləri üçün gecə vaxtı atların qabağına çıxanda onları hürküdür, nəticədə atlı yıxılırdı. Məhz bu yaramazlıqlarına görə qara pişikləri şər qüvvə hesab edirlər.

4. Saat hədiyyə etmək olmaz

Bizim dövrümüzdə belə saat hədiyyə etmək yaxşı hal hesab edilmir. Bu inam bizə Çindən keçib, orda saat hədiyyəsi dəfn mərasiminə dəvət etmək anlamına gəlir.

5. Qırx yaşı qeyd eləmək olmaz

Bu batil inanc ona görə yaranıb ki, 40 sayı bir çox mədəniyyətdə sakral hesab edilir. Misal üçün, Bibliyada qırx rəqəmi dəfələrlə xatırlanır: Musa yəhudiləri qırx il səhrada gəzdirmişdi, İsa 40 gün səhrada vaxt keçirmişdi və sair. Qırx rəqəmi ilə bağlı bir çox doğum və ölüm ayinləri var. Misal üçün uşağı qırx gün yad adamlara göstərmək olmaz, mərhumun vəfatının qırxıncı gün xüsusi qeyd edilir.

6. Evdən çıxarkən yol qırağında oturmaq

Bu xurafa qədim inanca əsaslanır. Belə hesab olunurdu ki, evin ruhları adamdan yapışaraq onu getməyə qoymur, maneçilik törədir. Uzun yola çıxmamışdan əvvəl qapı ağzında oturmaqla insanlar ev ruhlarını aldadırlar.

7. Bıçaqla heç nə yemək olmaz

Bıçaq təkcə əmək aləti hesab edilmir, həm də soyuq silah kimi şər qüvvələrə qarşı istifadə olunur. Və belə maqik əşya özünə qarşı xüsusi həssaslıq tələb edir, yalnız vacib ayindən sonra istifadə oluna bilər. Bıçaqla nəsə yemək ruhları hirsləndirmək sayılır. Bundan başqa bıçaqla yeyən zaman adam özünə xəsarət yetirə bilər.

8. Yolayrıcında heç nəyi götürmək olmaz.

Belə hesab olunur ki, ora şər qüvvələr yığışır. Ona görə də yolayrıcından heç nəyi götürmək olmaz. Özü də tapılan şey nə qədər bahalıdırsa onun gətirdiyi bədbəxtlik də bir o qədər çoxdur.

9. Ayaqqabını tək tay geyinmək olmaz.

Belə düşünürlər ki, bir ayağına ayaqqabı geyinib o biri ayağına geyinməyən adam tezliklə yetim qala bilər.

10. Hava qaralandan sonra zibil atmaq olmaz

Bu xurafatın hamıya məlum olsa da səbəbini çox az adam bilir. Belə düşünülür ki, günəş batandan sonra zibil atanda adamın arxasıyca danışırlar. Bu da təəccüblü deyil, adama deyərlər, zibilinin içində nə gizlədirsən ki, onu gecə vaxtı atmağa məcbursan? Bir də deyirlər ki, axşam vaxtı zibil atanda onunla birlikdə evin bərəkəti də gedir.

# 3050 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #