Orkestr işçilərinin maaşına 500 manat əlavə olunub

Orkestr işçilərinin maaşına 500 manat əlavə olunub
3 noyabr 2017
# 20:46

Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan prezidentinin əlavəsi müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, “Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

# 942 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
#
#
# # #