Bob Dilanın Nobel nitqi kitab olacaq

Bob Dilanın Nobel nitqi kitab olacaq
2 noyabr 2017
# 11:13

Bob Dilanın Nobel nitqi kitab halında nəşr olunacaq. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə qalın qabıqlı kitab 32 səhifədən ibarətdir.

Kitablardan yüz ədədi müəllifin avtoqrafı ilə çıxacaq. İmzasız kitablar 17 dollar, imzalılar 2500 dollar olacaq.

Bob Dilanın Nobel nitqi bu yay İsveç Kral Akademiyasının saytında audio formatında çap olunub. Dilan nitqində mahnılarının ədəbiyyat olub-olmadığı dəyərləndirir. Bundan başqa, yaradıcılığına təsir edən müəlliflərin və kitabların adını çəkir.

Bob Dilan 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibidir. Mükafatın təqdimetmə mərasimində iştirak etməyən müğənni onu yalnız aprel ayında götürmüşdü.

Nobeli əldə etmə prosesinin şərtlərindən biri də odur ki, qalib mükafatın təqdimetmə mərasimindən sonra altı ay ərzində Nobel nitqi ilə çıxışı etməlidir.

# 849 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #