Bakıda xoreoqrafiya seminarı keçirlib

Bakıda xoreoqrafiya seminarı keçirlib
30 oktyabr 2017
# 09:39

Bakı Xoreoqrafiya Akademiyasında “Səhnə sənətində 1937-ci il repressiyası: genetikası, intişarı və fəsadları” mövzusunda elmi seminar keçirilib.

Akademiyadan bildiriblər ki, sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəhla Əliyeva iyirminci əsrin ən qorxunc hadisələrindən biri olan repressiya haqqında, onun müasir tariximizdəki mənfi rolundan danışaraq, repressiya illərində ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi olan minlərlə azərbaycanlıların Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərildiyini bildirib. Qeyd edib ki, repressiya nəticəsində Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin böyük bir hissəsi məhv edilib. Kafedra müdiri vurğulayıb ki, bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsi əlamətdar hadisədir və tarixi həqiqətlərin gənc nəslə aşılanması məqsədi güdür.

Daha sonra əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Atababa İsmayıloğlu “1937-ci il repressiyasının genetikası, intişarı və fəsadları və Azərbaycan səhnə sənəti”, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev “Azərbaycan dramaturgiyasında repressiya mövzusu”, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Görkəmli dövlət və ictimai xadim, teatrşünas Məmmədsadıq Əfəndiyevin 1937-ci il hadisələrində keçdiyi yol” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, Sovet rejiminin məqsədyönlü repressiya siyasəti çoxsayda insanın həyatına son qoyaraq, milyonlarla insanın taleyinə mənfi təsir göstərib.

Tədbirdə repressiya qurbanı olmuş Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin həyat yoluna nəzər salınaraq, milli incəsənətimizin ayrı-ayrı sahələrinin böyük itkilərindən danışılıb.

Elmi seminarın sonunda qonaq qismində iştirak edən Xalq artisti, professor Ağakişi Kazımov və Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək, sovet dövrünə təsadüf edən peşəkar sənət fəaliyyətlərində repressiya ilə bağlı rast gəldikləri faktlardan danışıblar. /azertag.az/

# 966 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #