Lənətə gələsiniz! – Tanınmış yazıçıların MƏZAR YAZILARI

Lənətə gələsiniz! – Tanınmış yazıçıların <span style="color:red;">MƏZAR YAZILARI
27 oktyabr 2017
# 13:00

Kulis.az tanınmış yazıçıların məzar daşlarındakı yazıları təqdim edir.

1. Virciniya Vulf

Özümü sənə doğru atacağam yenilmədən və boyun əymədən, ey ölüm! (“Dalğalar” kitabından)

2. Silvia Plat

Nəhəng alovların ortasında da qırmızı nilufər yetişdirmək olar

3. Con Kits

Burda adı suya yazılmış insan yatır

4. F.Skott Fitçeralt və Zelda Sayre Fitçeralt

İndi səfər etməkdəyik, biz o axına qarşı gedən qayıqlar… Durmadan geriyə, keçmişə çırpılıb atılsaq da nə qəm… (“Möhtəşəm Getsbi” romanından)

5. Robert Frost

Eşq qovğasına tutuşdum dünyayla

6. Doroti Parker

Toz olduğum üçün bağışlayın

(Öz vəsiyyəti ilə ölümündən sonra meyiti yandırılıb və məzar daşı yazısını da özü seçib)

7. Oskar Uayld

Öldü artıq

Amma hər şey bitmədi

Mərhəmətin bu qırılıb məhv olmuş saxsı qabını

Başqasının göz yaşı dolduracaq

Axıb gedəcək həyatın irmağı

Bütün lənətə gəlmiş qeyri-adi insanlar

Onun əbədi yasını tutacaq

(Öz şeiridir)

8. Vilyam Şekspir

Bu məzarı qoruyanı Tanrı qorusun, sümüklərimi tərpədənə lənət eləsin.

9. Herbert Uels

Lənətə gələsiniz! Sizə bunu söyləmişdim!

# 882 dəfə oxunub

Oxşar xəbərlər

"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

12:30 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
# # #