“Bu, olduqca lazımlı işdir” – alimlərdən "zaryadka"nın "yükləmə" olmağına münasibət

“Bu, olduqca lazımlı işdir” – <span style="color:red;">alimlərdən "zaryadka"nın "yükləmə" olmağına münasibət
26 oktyabr 2017
# 16:10

Xəbər verdiyimiz kimi, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib. Bu sözlərin qarşılığı adekvatdırmı? Ümumiyyətlə, terminlərin qarşılığını tapmaq doğrudurmu? Kulis.az bu haqda sorğu keçirib. Cavabları təqdim edirik.

Filologiya elmlər doktoru, professor Rüstəm Kamal:

Mən siyahıyla tam tanış deyiləm. Amma bir neçə sözün dəyişdirilməsini eşitmişəm. Sizə deyim ki, adətən terminlər tərcümə olunmur. Əgər o termin beynəlxalqdırsa və bütün dünyada işlənirsə, qəbul olunursa. Bu guya dili təmizləməkdir. Guya onlar dildə müəyyən təmizləmə işləri aparmaq istəyirlər. Ana dilimizdəki sözləri hansısa terminin əvəzində işlədərək dilimizi təmizləmək fikrindədir. Ancaq adətən bu cür “təmizləmə işləri” uğursuzluqla nəticələnib. Dilə gətirdikləri bu cür sözlər yalnız ekzotik xarakter daşıyıb. Məsələn, götürək “proqnoz” sözünü. Onu “öncəgörmə” eləyiblər. Halbuki bu sözdən bir neçə söz yaranıb: tutaq ki, “proqnozlaşdırma”. İndi bunu “öncəgörmələşdirmə” eləyəcəklər? Axı “öncəgörmə” hansısa konkret şəxsə, mistik qüvvəyə sahib olanlara, falçılara aiddir. Bu cür dəyişdirilmə yanlışdır. Çünki bu subyektə aiddir. “Proqnoz” isə məsələn, istehsalatda da işlənə bilər. Yaxud da hava proqnozunu götürək. İndi nə deyək? Hava öncəlikləri? Dilin zənginləşməsi ayrıdır. Ancaq bu tamam başqa söhbətdir. Onlar dilin və cəmiyyətin qanunlarını nəzərə almadan hansı sözlərisə öz ağılları ilə dəyişərək süni kalkalar yaradırlar. Süni kalkalar da canlı orqanizm olduğu üçün dilin daşıyıcısı olan cəmiyyət onu geri qaytarır. Sadəcə bu sözlər muzey eksponatı kimi yadda qalır. Biz yeni söz yaratmırıq. Sadəcə ölü sözlərin sayını artırmaqla məşğuluq.

BDU, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu:

Məncə, bu, olduqca lazımlı işdir və onun “ölü nöqtədən” tərpədilməsini təqdir edirəm. İlk mərhələlərdə hansısa söz kiminsə xoşuna gəlməyə bilər, ancaq zaman keçəndən sonra alışacağıq. Düzü, mənim mövqeyim belədir ki, yeni terminlərin türk dilindən götürülməyi daha məqsədəuyğundur. Hər halda, bu sahədə iş görülürsə, deməli, irəliləyiş var. Millətimiz və dövlətimiz üçün xeyirli olsun.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #