YARAT teatr festivalı keçirir

YARAT teatr festivalı keçirir
25 oktyabr 2017
# 10:54

Noyabrın 1-dən Bakıda M.A.P. Bakı incəsənət festivalı öz işinə başlayır. Kulis.az-ın verdiyi xəbərə görə YARAT Müasir İncəsənət Məkanının təqdim etdiyi festival teatr sənəti ilə bağlı olmaqla bərabər, müxtəlif sənət janrlarını da əhatə edir.

M.A.P. (Music Art Performans) Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilir.

Festival çərçivəsində Rusiya, Gürcüstan, Almaniya, İsrail kimi ölkələrdən gəlmiş yaradıcı qrupların təqdim etdiyi tamaşalar, konsertlər, mühazirələr və ustad dərsləri keçiriləcək.

Tamaşalar arasında “Gülməli adam” (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya), “Ked” – (“Praktika” teatrı, Rusiya), “Troya Qadınları” (“Royal District” teatrı, Gürcüstan), “Birgə təəssüratlar” (“Eskizı v prostranstve” aktyor qrupu, Rusiya), “Sovrulanlar” baleti (“Novıy Balet” teatrı, Rusiya) kimi əsərlər var. Həmçinin “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail) üçgünlük ustad dərsi, Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya), aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya) səhnə dekoratoru, rəssam Alisa Malikovanın mühazirəsi (“Praktika” teatrı, Rusiya) nəzərdə tutulub. Festival çərçivəcində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində (Bencamin Britten – “Frenk Bric mövzusuna dair variasiyalar”, Sofiya Qubaydulina – “Fachwerk”, dirijor - Yalçın Adıgözəlov, qarmon Roman Yusipey (Almanya/Ukrayna)) konsert baş tutacaq.

# 829 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #