Pablo Nerudanı öldürüblər? - AÇIQLAMA

<b>Pablo Nerudanı öldürüblər? </b>- <span style="color:red;">AÇIQLAMA
23 oktyabr 2017
# 10:26

Nobel mükafatı qazanmış Çili şairi Pablo Nerudanın xərçəngdən ölmədiyi ortaya çıxıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu beynəlxalq dərəcəli tibb mütəxəssislərindən ibarət heyət Santyaqoda təşkil olunan mətbuat konfransında söyləyib.

Aparılan testlərin nəticəsində şairin xərçəngdən vəfat etdiyi xəbərinin düz olmadığı bəlli olub.

Xatırladaq ki, 2013-cü ildə məhkəmə qərarı ilə Nerudanın nəşi məzardan çıxarılmış və cəsədin qalıqları mütəxəssislər tərəfindən ekspertiza edilmişdir.

Bu zaman patogenik bir bakteriya aşkarlanmışdı. Alimlər bunun məşhur şairin ölümünə səbəb olduğunu düşünürdülər.

Sosialist lideri Salvador Allendenin dostu və havadarı Pablo Nerudanın Çilidə 1973-cü il general Avqust Pinoçetin liderlik etdiyi hərbi çevrilişdən on iki gün sonra prostat xərçəngindən öldüyü deyilirdi. Nerudanın ölümündən 3 gün əvvəl Mekikadan sığınacaq istədiyi də ortaya çıxmışdı.

Cəsədinin qalıqları keçən il yenidən dəfn olunan Nerudanın keçmiş sürücüsü Manuel Araya şairin xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyini iddia etmişdi.

# 735 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #