Bakı Beynəlxalq Film Festivalının iclası keçirilib

Bakı Beynəlxalq Film Festivalının iclası keçirilib
19 oktyabr 2017
# 16:15

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Bakı Beynəlxalq Film Festivalı”nın təşəbbüs qrupunun iclası keçirilib.

APA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak edib.

M. Hətəmov qeyd edib ki, festivalın nizamnaməsinin hazırlanması üçün iş aparılır, maliyyə, təşkilati və informasiya dəstəyi verən qurumlarla danışıqlara başlanılıb: “Bu gün Azərbaycan filmləri artıq beynəlxalq festivallarda uğurla nümayiş olunur, mükafatlar qazanırlar. Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosunun dünya kino mühitinə daha ciddi inteqrasiya olunmasında vacib addımdır”.

Prodüser Fikrin Bektaşi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, rejissor Elçin Musaoğlu, kinoşünas Ayaz Salayev, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev beynəlxalq tədbirin təşkili üçün fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.

Bildirilib ki, festivalın hər il keçirilməsi planlaşdırılır. Bir həftə davam edəcək tədbirdə filmlər müsabiqə əsasında seçiləcək, münsiflər heyətində beynəlxalq kino aləmində tanınan insanlar təmsil olunacaq.

Qeyd edək ki, APA, Lent.az, Vesti.az, Kulis.az və APA TV "Bakı Beynəlxalq Film Festivalı”nın informasiya dəstəkçisidir.

# 1165 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #