ADO teatrı küçə performansı üçün müraciət etdi

ADO teatrı küçə performansı üçün müraciət etdi
18 oktyabr 2017
# 17:33

ADO (Azərbaycan Dağınıq Oda teatrı) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və mədəniyyət naziri Əbülfəs Qarayevə rəsmi müraciət edib.

Bu haqda teatrın bədii rəhbəri Elmin Bədəlov Kulis.Aza məlumat verib.

Müraciətdə teatrın küçə performansları göstərmək istədiyi vurğulanır: “ADO ölkəmizin ilk müstəqil teatrı olmaqla yanaşı həm də yeganə underground, modern teatrıdır. Bir neçə xarici ölkələrdə festivallarda iştirak edib, qastrol səfərlərində olmuşuq. Ötən illərdə İranda keçirilən “Təbrizim” Beynəlxalq Küçə Teatrları Festivalında iştirak etmiş və diplomla təltif olunmuşuq. Bu ilin iyun ayında Tbilisidə qastrolda olarkən mərkəzi küçələrdə öz performanslarımızı nümayiş etdirmişik. Avqust ayında isə Fransada keçirilən 69-cu “Oriak” küçə teatrı festivalında iştirak etmişik. Eyni zamanda bir neçə gün öncə Tbilisidə keçirilən “Festi Nova” festivalında, “Art Villa Garikula”da çıxışlarımız olub, insanlar, art menecerlər bizim küçə performanslarımı yüksək qiymətləndiriblər. Bundan əlavə Bakıda keçirilən “Bakool Arts” festivalda iştirak etmişik və açıq hava performansı göstərmişik. Eyni zamanda teatrımızın yubiley tədbiri çərçivəsində, YARAT Müasir İncəsənət Məkanının həyətində öz performanslarımızı təqdim etmişik və bu insanların, incəsənət nümayəndələrinin böyük marağına səbəb olub. Lakin biz istəyirik ki, şəhərin mərkəzində, tədbirlər çərçivəsindən kənarda da küçə tamaşaları göstərək”.

Teatr müraciətində şəhərin mərkəzi küçələrində və “Qış Parkı” adlanan ərazidə performanslar nümayiş etdirmək istədiyini və həmin ərazidə teatr kollektivinə şərait yaradılmasını istəyiblər: “Bu həm insanların teatra marağını artıracaq, həm də turistlərin diqqətinə səbəb olacaqdır”.

# 837 dəfə oxunub

Oxşar xəbərlər

Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

12:30 19 aprel 2024
İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
# # #