Sankt-Peterburqda Müslüm Maqomayevin 75 illiyi

Sankt-Peterburqda Müslüm Maqomayevin 75 illiyi
17 oktyabr 2017
# 09:21

Sankt-Peterburqun D.Şostakoviç adına Akademik Filarmoniyasında ölkəmizin bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunan təntənəli konsert keçirilib.

Konsertdə tanınmış müğənninin mahnı və bəstələrini Rusiyanın Əməkdar Artisti, Sankt-Peterburqun Mariya Teatrının solisti, opera müğənnisi Vladimir Samsonov ifa edib. V.Samsonovu dirijor Stanislav Qorkovenkonun rəhbərliyi ilə Sankt-Peterburq Qubernator Orkestri müşayiət edib. Peterburqlular tərəfindən hərarətlə qarşılanan konsertdə çoxsaylı sənətsevər iştirak edib, anşlaq yaşanıb.

Konsertdən əvvəl baş konsul Sultan Qasımov çıxış edərək dahi Müslüm Maqomayevi xalqımızın fəxri adlandırıb, onun həm Azərbaycan, həm də Rusiya üçün dəyərli sənətkar olduğunu, müğənninin ifasında səslənən əsərlərin bir neçə nəsil tərəfindən sevilərək dinlənildiyini vurğulayıb. Baş konsul Sultan Qasımov Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş təntənəli tədbirin Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 137-ci Assambleyasının keçirilməsinə təsadüf etdiyini və şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd edib.

Diplomat baş konsulluq adından Sankt-Peterburqun D.Şostakoviç adına Akademik Filarmoniyasının rəhbərliyinə, M.Maqomayevin əsərlərini ifa edən Rusiyanın Əməkdar Artisti V.Samsonova, Sankt-Peterburqun Qubernator Orkestrinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. /azertag.az/

# 930 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #