Tanınmış yazıçının 70 illik yubileyi qeyd olunub

Tanınmış yazıçının 70 illik yubileyi qeyd olunub
14 oktyabr 2017
# 09:06

Oktyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd edilib.

Elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdikləri yubiley tədbirində əvvəlcə M.Çəmənlinin həyat və yaradıcılığına dair film nümayiş olunub.

Tədbirdə Baş nazirin birinci müavini, Xalq Yazıçısı Elçinin yubilyara təbrik məktubu oxunub.

Sonra yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirli M.Çəmənlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, 30-dan çox kitabin müəllifi olan M.Çəmənlini müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, XX əsrin 70-ci illərinin ədəbi nəslinə mənsub yazıçı adlandırıb. Bildirib ki, 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində dərc olunmuş “Ləpirlər” hekayəsi ilə ədəbiyyatımıza gələn M.Çəmənli sonralar dövrünün ən məhsuldar yaradıcı insanlarından biri olub.

Natiq 1982-ci ildə nəşr olunan “Mənim dünyamın adamları” kitabı ilə müəllifin adının birdəfəlik olaraq ədəbiyyat səhifəsinə yazdığını söyləyib. Ötən əsrin 70-ci illərində “Nişanə”, “Meşə yeri”, “Əks-səda”, “İstək” kimi hekayələri, “Halallıq”, “Yaddaş” povestləri, “Xallı gürzə” romanı ilə özünü nasir kimi tanıdan M.Çəmənlinin “Səs qərib olmur”, “Fred Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Leyli və Məcnun – 100 il səhnədə”, “Məcnunun Məcnunu”, “Ruhların üsyanı”, “Yaddaşlarda yaşamaq haqqı”, “Ölüm mələyi”, “Sənət hekayələri” və s. yazıları ilə özünü publisist kimi tanıtdığını deyib.

Xalq Artisti Arif Babayev, Əməkdar İncəsənət Xadimi, şair Çingiz Əlioğlu, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları M.Çəmənlini daim yaradıcılıq axtarışında olan zəhmətsevər yazıçı, səmimi, vətənsevər ziyalı, doğmalarına, yaxınlarına sədaqətli ailə başçısı kimi dəyərləndiriblər.

Çıxış edənlər yazıçının yaradıcılığında ana xətt kimi keçən doğma diyardan, düşmən tapdağında olan Qarabağ nisgilindən, dədə-baba torpaqlarımıza qayıtmaq arzusundan danışıblar.

Tədbirdə Xalq Artisti, qiraət ustası Eldost Bayramın ifasında yazıçının əsərlərindən seçmələr səsləndirilib. Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Sonda M.Çəmənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. /azertag.az/

# 975 dəfə oxunub

Oxşar xəbərlər

"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
#
#
# # #