Qarsda Qafqaz mədəniyyəti ilə bağlı konqres keçirilib

Qarsda Qafqaz mədəniyyəti ilə bağlı konqres keçirilib
13 oktyabr 2017
# 12:27

9-11 Oktyabr 2017-ci il tarixində Türkiyənin Qars şəhərində “Birinci Qafqazda Xalq Mədəniyyəti” adlı beynəlxalq konqres keçirilib.

Kulis.azın vediyi xəbərə görə, konqres, bu il 25 illiyini qeyd edən Qars Kafqaz Universitetinin rəhbərliyinin dəstəyi ilə universitetin professoru azərbaycanlı alim Rafiq İmraninin başçılığı altında fəaliyyət göstərən “Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi” tərəfindən həyata keçirilib. Konqresdə müxtəlif ölkələrdən 150-yə yaxın alim iştirak edib. Onlar iyirmi seksiyada Qafqazda xalq mədəniyyəti, dil və ədəbiyyat, folklor, musiqi, adət və ənənələrlə bağlı hazırladıqları məruzələrlə çıxış edib.

Konqresin ikinci günü Ankara Dövlət Türk Xalq Musiqi Xoru və Ansamblı, İranın Cənubi Azərbaycanlılarından ibarət olan məşhur “Dalğa” qrupu, Gürcüstanın “Axısxa” rəqs qrupu konsert proqramı ilə çıxış edib, əsl bayram-əhval ruhiyyəsi yaradıblar.

Mərasimin sonunda universitet rəhbərliyi tərəfindən konqresin təşkilində xidmətləri olan “Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi”nin müdiri professor Rafiq İmraniyə, Türkiyədə yeganə Azərbaycan dili və Ədəbiyyatı bölümünün dosenti İlkin Quliyevə və mərkəzin müdir müavini dosent Yavuz Səlim Qafqazyalıya təşəkkürnamə verilib, xatirə hədiyyəsi təqdim olunub.

# 1229 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #