Sevinc Telmanqızının kitabları təqdim olundu - FOTOLAR

Sevinc Telmanqızının kitabları təqdim olundu  - <span style="color:red;">FOTOLAR
12 oktyabr 2017
# 13:12

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Amerika Birləşmiş Ştatlarında yeni nəsil Azərbaycan diasporu" layihəsi çərçivəsində Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən nəşr edilmiş "Trampın və Sevincin Amerikası" və "Xatirələrin işgəncəyə döndüyü yer" kitablarının təqdimatı olub.

APA-nın məlumatına görə, kitabların müəllifi "Yeni Müsavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızıdır.

Tədbirdə çıxış edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, S. Telmanqızı səfərdə olduğu ölkələrdə həmişə axtarışda olur. Kitaba ön söz yazdığını nəzərə çatdıran R. Arifoğlu bu gün S. Telmanqızının müəllifi olduğu və Avropaya səfərlə bağlı hazırlanmış "Xatirələrin işgəncəyə döndüyü yer" kitabının da təqdim olunduğunu söyləyib. Baş redaktoru son kitabın nəşrinin müəyyən səbəblərdən iki il gecikdiyini bildirib.

S. Telmanqızı isə deyib ki, "Yeni Müsavat" qəzetində və saytında dərc olunmuş materialların kitab formasında dərc olunması təsadüfi deyil: "Bu kitablarda mühacir köçünün səbəbləri əksini tapıb, burada müxtəlif insanların həyat hekayəti yer alır. İnanırıq ki, bu, gələcəkdə Azərbaycan mühacirləri ilə bağlı aparılan araşdırmalara yardımçı olacaq".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid S. Telmanqızının həmişə yazıları maraq doğuran bir jurnalist olduğunu qeyd edib.

Hər iki kitabı yüksək dəyərləndirən millət vəkili Çingiz Qənizadə xaricə mühacirətə getmiş azərbaycanlılar arasında Vətənə dönmək istəyənlərin olduğunu nəzərə çatdırıb: "Biz bir dəfə bir qrup QHT təmsilçisi ilə ABŞ-a səfər etmişdik, orada mühacirət etmiş azərbaycanlılarla görüşdük. Biz ayrılanda, oradakı xanımlar ağladı. Bu insanlar müəyyən səbəblərdən mühacirətə gediblər, onların günahı yoxdur. Ona görə də yaxşı olardı ki, bu mühacirlərlə bağlı bir əfv qərarı verilərdi ki, arzulayanlar geri qayıda bilsinlər".

Millət vəkili Fazil Mustafa isə azərbaycanlı mühacirlərlə bağlı araşdırmaların vacib olduğunu vurğulayıb: "Azərbaycan diasporunu birləşdirəcək ideyanın tapılması vacibdir. Tanıdığım bəzi azərbaycanlılar var ki, yaşadıqları şəhərlərdə müxtəlif qurumlarda təmsil olunmağa çalışırlar. Bu, yaxşı haldır. Ancaq təəssüf ki, bu, kütləvi hal deyil. Mühacirlərlə bağlı araşdırmalar faydalıdır, həmin insanlarımızın nələr düşünməsi maraqlıdır".

Millət vəkili S. Telmanqızı kimi jurnalistlərin təcrübəsinin öyrənilməsini vacib sayıb.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı S. Telmanqızının Avropaya mühacirətlə bağlı araşdırmalarının bir qismini oxuduğunu qeyd edib: "Bizim əməkdaşımız Mübariz Aslanov da o dövrdə bununla bağlı araşdırma aparırdı və bu istiqamətdə hər iki müəllifin yazılarını oxuyurdum. Yazılarda mühacirlərin həyat səviyyəsinin yaxşı olmalarına rəğmən, Azərbaycan həsrəti hiss olunurdu. Bu kitabların hər ikisində yaxşı bir mesaj vardı ki, dünyanın hər yerində problemlər mövcuddur. Ancaq o cəmiyyətləri quran insanlar o problemlərin üzərinə gedib, həll etməyə çalışıblar. Bu problemlərin həlli vətəndaş olmaqdan keçir. Sevinc Telmanqızı yazılarında bu ştrixləri verə bilmişdi. O, müsahiblərə çox sakit tərzdə onların kim olduğunu dedizdirə bilir".

Lent.az” saytının baş direktoru Qabil Abbasoğlu, "Yeni Nəsil" Jurnalistlər İctimai Birliyinin sədri Arif Əliyev, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu və digərləri kitablar və müəlliflə bağlı təəssüratlarını bölüşüblər.

Hazırki əsas şəkil

# 841 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
#
#
# # #