Hollivudda seks qalmaqalı böyüyür

Hollivud prodüseri, “Oskar” mükafatı laureatı Harvi Vaynşteyn haqqında Amerika Kino Akademiyası iclas çağırıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, iclasda kinoakademiyanın prodüserə qarşı necə davranacağı müzakirə olunacaq.

 

“Akademiya irəli sürülən ittihamlarda Harvi Veinşteynin davranışlarını iyrənc və şərəfsizlik sayır, təmsil etdiyi ali yaradıcılıq qurumunun adına yaraşdırmır”.

 

Harvi Vaynşteyn öz kinoşirkətində aktrisalara və onunla əməkdaşlıq edən xanımlara seksual təcavüz etməkdə ittiham olunaraq öz kinoşirkətindən qovulduqdan sonra onu eyni hərəkətdə ittiham edənlərin və qınayanların sayı artmaqdadır.

 

Ancelina Coli, Eşli Çad, Rouz Makqoun, Şeron Vaksman onu seksual təcavüz, intim təkliflər etməkdə ittiham edənlər sırasında, Keyt Blanşet, Meril Strip, Prezident Donald Tramp və eks president Barak Obama onu qınayanlar sırasındadır.

 

Vaynşteyn “Kriminal qiraət”, “Aşiq Şekspir”, “Çikaqo”, “İngilis xəstə”, "Billi öldürməli", “Üzüklərin hakimi” kimi məşhur filmlərin prodüseridir. 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017