Müslüm Maqomayevin xatirəsinə “Şah İsmayıl”

Opera və Balet Teatrı vaxtilə bu teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil etmək kimi faydalı ənənəsini davam etdirir.

 

Bu sıradan növbəti tamaşa oktyabrın 21-də keçiriləcək Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşasıdır. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün - görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaqdır.

 

Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olmuşdu.

 

Teatr oktyabrın 21-də baş tutacaq tamaşanı müğənninin 75 illik yubileyinə həsr edir. Tamaşada əsas partiyaları Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah", Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər.

 

Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017