Leonardo do Vinçinin son əsəri hərracda

Leonardo da Vinçinin  son tablolarından biri hərraca çıxarılacaq.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, şəxsi kolleksiyadan tapılan əsərin ilkin qiyməti 100 milyon dollar olacaq.

 

On altıncı əsrə aid əsər “Dünyanın xilaskarı” adlanır. Əsərdə İsa Məsih təsvir olunub.

 

Əsərin tarixçəsi haqda bir çox məqamlar hələ də qaranlıqdır. Əvvəllər kral II Karlın kolleksiyasında olan tablo sonradan Bukinqem hersoqunun qeyri-qanuni oğlunun əlinə keçir. Daha sonra tablo itir və yalnız 1958-ci ildə hərraca çıxarılır.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018