Çe Gevaranın özündən məşhur fotosu

 

Ernesto Gevaranın kəskin baxışlarını əks etdirən 1960-cı ildə çəkilmiş bu fotoşəkil unudulub getmişdi. Yarım əsr əvvəl Çenin öz ölümü onu fotoqrafiya tarixində ən çox kopyalanmış şəklə, Çeni isə inqilab, pop və marketinq ikonuna çevirdi.

 

Heç tərəddüd etmədən demək olar ki, dünyada ən çox yayılmış fotoşəkil kimi təqdim olunan bu görüntü bir çox gəncin otağının divarını bəzəyir. Tarix ona belə bir ad verdi: Gerillero Heroico (Qəhrəman Gerilla), 1960-cı ildə qazandığı "Çe" klişesi Ernesto Gevaranı sanki yaddaşlarda ölümsüzləşdirdi. O vaxtlar bir filmdə unudulub qalmış bu fotoşəklin sonradan universal ikona çevriləcəyi heç kimin ağlına gəlməzdi. İnqilabçının ölüm şəraiti və qrafik rəssamın ondan aldığı ilham Çeni dünyanın ən məşhur simalarından birinə çevirdi.

 

 

İkonun yaranmasında isə fransız karqosunda baş verən ikiqat partlayış və Alberto Korda kimi tanınan kubalı fotoqraf, Alberto Diaz Gutierrezin rolu var. 1959-cu ildə moda fotoqrafiyasından uzaqlaşan Korda, Kuba inqilabını yaxından izləməyə qərar verdi.

 

1960-cı ilin 6 martında, partlayış qurbanlarının dəfn mərasimində Korda da "Revolución" qəzetinin müxbiri qismində iştirak edirdi. Prezident Fidel Kastro nitq söyləyir. Onun yanında Fransız yazıçıları Simone de Beauvoir və Jean-Paul Sartre görünür. Onları dəvət edən Ernesto Gevara isə kürsüyə çıxmaqda bir az gecikir. İzdihamı izləməkdən ötəri o səhnənin ön tərəfinə keçir. Bu vaxt Alberto Korda "Leica"-nın çəkim düyməsini sıxır.

 

 

"Həmin anda yalnız bir şəkil çəkməyə vaxtım var idi, ya üfüqi, ya şaquli. Çünki Çe yerini tez dəyişdi" deyə Alberto Korda "L'Humanité" jurnalına müsahibəsində deyib. İllər sonra yayımlanmış reportajlarda fotonun iki versiyasını görmək olar. İlkin versiya çərçivəyə salınmış və azacıq retuş olunmuşdu, hansı ki, bilinən üz olacaqdı, amma 1960-cı ildə yox. Sonralar Alberto Korda şəklin üzərində bir az daha işləyir, amma "Revolución" bunu dərc etmir.

 

Həmin vaxtdan 7 il ötür, 1967-ci il 7 oktyabr – Çe boliviyalılar tərəfindən əsir götürülür və oktyabrın 9-da güllələnir. Daha sonra öyrəniləcək ki, onun ölümü ilə fotosunun ikona çevrilməsi arasında nəsə bir əlaqə var imiş.

 

Korda şəklini Giangiacomo Feltrinelli adlı italyan bir naşirə də göndərir, amma yenə bir səs çıxmır. Daha sonra isə şəkil 1967-ci ilin avqustunda "Paris Match" jurnalında dərc olunur, lakin ora necə gedib çıxdığı bəlli deyil.

 

 

Çenin şəkli planeti lərzəyə gətirdi. Boliviya Jurnalı Kordanın fotosunu öz örtük şəkli kimi seçdi və dərc etdi. İtaliyada onlarla plakatlar paylandı, kitablar və simvollar dərc edildi. Fotoqraf isə sevdiyi və heç bir hüququ çatmadığı bu təsvirin yayılmasının qarşısını almadı. "Dünyaya Çeni bəxş edən adam" - Alberto Korda 2001-ci ildə dünyasını dəyişdi.

 

Rəngli vizual ünsiyyət və qrafik dizaynın (Jim Fitzpatrick, 1968-cı il) ifadə gücü Çeni ağla gələ biləcək hər bir obyektin üzərinə yerləşdirməyi bacardı. Tişörtlər, papaqlar, alışqanlar, çantalar, telefon üzlükləri, marka ayaqqabılar ... - və yerlər - hadisələr, görüşlər, stadionlar - Çenin təmsil etdiyi ideologiyanın yayılmasında rol oynadı.

 

 

Beləcə şəkil kapitalizm əleyhinə olan düşüncələrin və hərəkətlərin simvolu olduğu halda uzun illər sonra kapitalizmin gəlirli bir istehlak ikonuna çevrildi. Yəqin ki, Çe özü də illər sonra belə ölümsüz olacağını düşünmürdü...

 

Çe Gevaranın ölümündən sonra universal ikona çevrilən şəkli...

 

Tərcümə: Nigar

 

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017