Memarın kitabı təqdim olundu

Memarın kitabı təqdim olundu
9 oktyabr 2017
# 16:10

“Azərkitab”Kitab Təbliğatı Mərkəzində Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ömər Qoçulunun “Daşa dönmüş musiqi” kitabının təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Ömər Qoçulu ömrünü sevimli sənətinə həsr etdiyinə görə peşman olmadığını, işindən, sənətindən həzz aldığını bildirib.

Pedaqoq olaraq fəaliyyət göstərən, yaradıcılıq işləri ilə paralel İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsində müasir memarlıq fənnindən dərs deyən Ömər Qoçulu bədii yaradıcılıqla da məşğuldur. Onun "Nənəmin nağılı", "Gözdən Sözə","Daşa dönmüş musiqi", "Sazım, Sözüm və Özüm" kimi kitabları işıq üzü görüb.

Ömər Qoçulunun yazdığı şeirlərə bəstəkarlardan Elza İbrahimova,Cavanşir Quliyev və başqaları xeyli nəğmələr bəstələyiblər. Xalq artisti Flora Kərimova bu nəğmələrin ilk ifaçısı olub. “Bil ki, mənəm” “20 Yanvar şəhidləri”, “Alın məni bu sevdanın əlindən”, “Yaxın-uzaq məhəbbətim, hardasan ay qismətim?” müğənninin ən çox ifa etdiyi nəğmələrdəndir.

10 il Bakının baş memarı olan, paytaxtda aparılan yenidənqurma və şəhərsalma işlərinə rəhbərlik edən Ömər Qoçulu Bakıda və respublikamızın müxtəlif bölgələrində ucaldılmış 50-yə qədər sənaye, nəqliyyat, yaşayış komplekslərinin, inzibati, ictimai obyektlərin, mədəniyyət, istirahət, sağlamlıq, idman, ticarət mərkəzlərinin layihələrinin müəllifidir.

# 1040 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #