Xalq artistinin 90 illik yubileyi keçirilib

Xalq artistinin 90 illik yubileyi keçirilib
6 oktyabr 2017
# 17:23

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, əməkdar artist Fuad Osmanov, Baş İdarənin əməkdaşları Pərvanə Muradzadə, Tomris Hacıyeva, Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı və digər qonaqlar iştirak ediblər.

Tədbir görkəmli aktyordan bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Teatr və kino aktyorları, sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri tədbirdə onun həyat və yaradıcılığı, peşəkarlığı haqqında söz açıb və öz xatirələrini bölüşüblər. Jurnalist-publisist R.Qurbanlı böyük sənətkarın milli kinomuzda buraxdığı əbədi izdən və onunla olan müsahibələrindən ətraflı danışıb.

Tədbirdə qeyd olunub ki, Nodar Şaşıqoğlu yaradıcılıq fəaliyyətinə başlayandan tamaşaçı kütləsinin diqqətini çəkmiş, həm teatrda, həm də kinoda yaratdığı qəhrəmanlar bu gün də xalq tərəfindən sevə-sevə yada salınır. Ona böyük şöhrət gətirən isə “Uzaq sahillərdə” filmindəki Mixaylo - Mehdi Hüseynzadə obrazı olub. Onun oynadığı rollar zəngin ifadə vasitələri, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Sonda Nodar Şaşıqoğlunun çəkildiyi, Tofiq Quliyevin bəstələdiyi “Telefonçu qız ” filmindən “Bakı” mahnısı səsləndirilib.

# 1292 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #