Polad Bülbüloğlu UNESCO-nun baş direktoru ola bilər

Polad Bülbüloğlu UNESCO-nun baş direktoru ola bilər
4 oktyabr 2017
# 20:35

“Moskva Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə irəli sürdüyü Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. “Səsvermə bazar ertəsi keçiriləcək. Güman ki, bir neçə tur olacaq. Bizim prioritetimiz Azərbaycan olaraq qalır, sonra vəziyyətə baxacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, UNESCO-da baş direktor vəzifəsinə seçki oktyabrın 9-da keçiriləcək. İlk turda tələb olunan səs çoxluğu əldə edilməsə, səsvermə oktyabrın 10-da, 11-də və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu turda da tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd arasında yarış olacaaq və ən çox səs alan seçilmiş sayılacaq.

Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktor Baş Konfrans tərəfindən təsdiqlənəcək. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək. Baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər. Polad Bülbüloğlu ilə yanaşı, baş direktor vəzifəsinə daha 8 namizəd var: Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian Tang, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulay.

# 828 dəfə oxunub

Oxşar xəbərlər

Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
# # #