Açıq səma altında ustad dərsləri

İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında rəssamlıq sənətinə həsr edilmiş ustad dərsləri təşkil edilib.

 

“İncəsənət və şərab” layihəsi çərçivəsində reallaşan dərslər Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Concil” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə gerçəkləşib.

 

Bu barədə “Arts Concil” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

 

“Tanınmış rəssam Eldar Babazadənin rəhbərliyi ilə aparılan ustad dərslərində iştirak edən həvəskar rəssamlar öz əsərlərini açıq səma altında yaradıblar. Burada müxtəlif mövzulu sənət əsərləri işlənilib və yekunda bu rəsmlərdən ibarət sərgi də açılıb. Bir gün davam edən ustad dərslərində, həmçinin incəsənət sahəsinə aid olan suallar cavablandırlıb”,-deyə D.Məmmədov söyləyib. /azertag.az/

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017