İntihar edən sevgilisi Cim Kerrini nədə günahlandırıb?

İntihar edən sevgilisi Cim Kerrini nədə günahlandırıb?
2 oktyabr 2017
# 11:55

ABŞ-da məşhur Hollivud ulduzu Cim Kerrinin keçmiş sevgilisi Katriona Uayt-ın məktubu ortaya çıxıb. Uayt Kerridən ayrılandan sonra 2015-ci ildə özünə qəsd edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 2013-cü ilin aprelinə aid məktubun mətnində Uayt Kerrini həyatını məhv etdiyinə görə, onu narkotiklərlə, psixi pozğunluqlarla, cinsi xəstəliklərlə fahişələrlə tanış etməkdə ittiham edir:

“Düzdür, səninlə görüşəndən bəri çox yaxşı şeylər baş verdi, amma mən o zamandan bəri mən şəxsiyyət kimi sındım”- deyə məktubun mətnində yazılıb.

Məktubu yayan adamın Maykl Avanatti olduğu deyilir. Avanatti Katriona Uaytın anasının və 2013-cü ildə nikahda olduğu keçmiş ərinin vəkilidir.

Bununla belə, məktubun həqiqətən də Uayta aid olub-olmaması bəlli deyil.

Uayt 2015-ci ilin sentyabrında 28 yaşında ikən, məşhur ulduzdan ayrıldıqdan sonra intihar edib. Aktyoru keçmiş sevgilisini cinsi xəstəliklərə yoluxdurmaqda, müxtəlif dərmanların qarşılığında qızı susmağa məcbur etməkdə ittiham edirlər.

Kerri bu ittihamları əsassız sayır və məhkəmədə hakimdən bütün faktları nəzərə almasını xahiş edib.

Cim Kerri məşhur Amerika_Kanada komiki, aktyorudur. İki dəfə “Qızıl qlobus” mükafatını qazanıb. “Maska”, “Səfehvə daha səfeh”, “Aydın şüurun əbədi parıltısı”, “Həmişə “Hə” de” filmlərindəki rolları ilə tanınır.

# 849 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #