Mir Cəlala həsr olunmuş hekayə müsabiqəsi keçirilir

Mir Cəlala həsr olunmuş hekayə müsabiqəsi keçirilir
2 oktyabr 2017
# 11:35

Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin xatirəsi ədibin vaxtilə yaşadığı evdə anılıb.

Kulis.azın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə anım gününə toplaşan ziyalılar ədibin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatını öz hekayələri ilə zənginləşdirməsindən danışıblar. Tədbirdə Mir Cəlal Paşayevin 1970-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin 100 illik yubileyindəki çıxışının audioyazısı səsləndirilib.

Baş nazirin müavini Elçin Əfəndiyev yazıçı ilə bağlı xatirələrini bölüşərək deyib:” Mir Cəlal müəllimin vəfatından 39 il keçir. Bu, az vaxt deyil, amma ötən 39 il Mir Cəlal müəllimi şəxsən məndən və şübhəsiz ki, burda əyləşənlərdən və onun oxucularından, onu tanıyanlardan, tələbələrindən nəinki uzaqlaşdırır, əksinə daha da yaxınlaşdırır. O, Sovet dövründə yazıb-yaradıb. Baxın, rejimin süqutu ilə neçə-neçə yazıçının adı tarixdən silindi. Mir Cəlal müəllim isə yaşayır. O, həm ata, həm müəllim, həm də baba kimi xoşbəxt bir insan idi. Eyni zamanda, hesab edirəm ki, Mir Cəlal müəllim çox xoşbəxt bir yazıçı idi. Çünki o, cismən həyatdan getdikdən sonra da əsərləri ilə yaşayır və yaşayacaq”.

Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov Mir Cəlal Paşayevin özünəməxsus yazı üslubunun olduğunu, hekayələrini hamının başa düşəcəyi dildə yazdığını vurğulayıb: “Mir Cəlal müəllim hekayə janrını yeni bir mərhələyə yüksəltdi, Azərbaycan hekayəsinə yeni bir nəfəs verdi. Mir Cəlal müəllimin yaradıcılığı sonrakı illər üçün də böyük bir örnək oldu. Bu gün biz Mir Cəlalı oxuyanda onun yaşadığı zəmanəni, xalqımızın tarixini və taleyini də öyrənirik”.

Mir Cəlal Paşayevin tələbəsi, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımov müəlliminin maraqlı mühazirələrindən danışaraq qeyd etdi ki, o, özünəməxsus tərzdə dərs deməklə bütün tələbələrin sevimlisinə çevrilmişdi. Aradan uzun illər keçməsinə baxmayaraq, Mir Cəlal Paşayevin hər bir tələbəsi onu indi də xoş xatirələrlə yad edir.

Sonra Milli Aviasiya Akademiyasının və “ADA” Universitetinin tələbələri Azərbaycanın görkəmli ədiblərinin və Mir Cəlalın hekayələrini oxudular. Daha sonra tədbirdə Milli Arxiv İdarəsindən ədiblə bağlı əldə olunmuş yeni sənədlər nümayiş etdirildi.

“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev Mir Cəlalın xatirəsinə həsr olunan birinci hekayə müsabiqəsi barədə məlumat verdi. Qeyd etdi ki, 2018-ci ildə - ədibin 110 illiyi ərəfəsində başa çatacaq müsabiqə ənənəvi olacaq və müasir nəsildə yeni imzaların üzə çıxmasına yol açacaq. Artıq bu gündən elan olunan müsabiqə martın 15-dək davam edəcək. Münsiflər heyətinin sədri Elçin Əfəndiyevdir.

Anım mərasimində Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla, Xalq Şairi Nəriman Həsənzadə və digər tanınmış ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edirdilər.

# 1154 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #