İşdən gələn arvadına çay dəmləyən kişilər

İşdən gələn arvadına çay dəmləyən kişilər
2 oktyabr 2017
# 11:14

Günel Natiq

Bu günlərdə oxudum ki, bir kişiyə “tibb bacısı” işi verilib. Düzü təəccüblənmədim. Çünki kişilərin qadına çevrilmə halları artıq heyrət doğurmur.

Kişilərin qadınlığa meyl etmələri hardan qaynaqlanır görəsən? Bəlkə ona görə ki, qadın olmaq indi daha asandır, nəinki kişi.

Çünki lap qədimlərdən kişinin üzərinə daha çox məsuliyyət düşüb, o ailəni saxlamalı, maddi olaraq təmin etməlidir.

Homoseksualların asan dolanışığına həsəd aparan kişiləri də az görməmişik. Bir normal kişi açıq-açıq deyirdi ki, burda ürkəcək nə var ki? Əvəzində həyatın təmin olunur. Belə.

Bu yaxınlarda bir rəfiqəm yarızarafat, yarıgerçək dedi ki, belə getsə “kişi” sözü sıradan çıxmaq təhlükəsiylə üzləşəcək. Homoseksuallara həsəd aparan kişini görəndən sonra bu sözlərlə qismən razılaşıram.

Başqa bir nümunə. Bu günlərdə sosial şəbəkədə bir əsgərlik biletinin fotosu diqqətimi çəkdi. Ad, soyad kişi ad-soyadıdır, şəkildə isə uzun saçlı, pomadalı, gözləri sürməli bir məxluq əks olunub. Açıq-aşkar görünür ki, bu qeyri-adi varlıq əvvəl kişi imiş, indi isə Allah bilir, kimdir.

Bəs necə olur ki, vəsiqə verilərkən bu cür əcaib hallara normal yanaşılır?

Yəni bu “gəlini” gətirəndə baxmazlar bu kişidir, ya arvad?

Yeri gəlmişkən, Məşədi İbadın məşhur sözləri bu günümüzün reallığıyla uzlaşır. Dəfələrlə eşitmişik ki, filan gəlin sən demə kişi cinsindən imiş. Hətta xarici ölkələrin birində gəlinin kişi çıxdığını görən ər emosiyalarını cilovlaya bilməyib “təzə gəlinə” xəsarət yetirmişdi.

Yəqin ki, “təzə gəlin” əvvəlcədən sirrini desəydi, bəlkə də bəy belə qeyzlənməzdi. Çünki bu halları normal sayanlar düşündüyümüzdən də çoxdur. Xüsusilə də Avropada.

Bilmirəm, fikir vermisiniz, ya yox, son vaxtlar daha çox qız uşaqları dünyaya gəlir. Elə bil kişi cinsi təbiətə üsyan edir.

Əslində bu çox ciddi məsələdir. Çevrilmə elə sürətlə baş verir ki, anı tuta bilmirik. Dostlarımız rəfiqələrimizə çevrilir, qonşu oğlana elçi gəlir, Elton Con mahnısını ərinə həsr edir, iki kişi romantik bir ortamda baş ayı keçirir və s. Elə bil bunun məqamı yetişib və insan oğlu axara düşüb getməkdən başqa yol tapmır.

Bu günlərdə sosial şəbəkədə bir sualla qarşılaşdım. “Niyə tanışlığa qadınlar deyil, kişilər təşəbbüs edir?”

Demək bu seçimi də kişilər qadınların üzərinə qoymaq istəyir. Çox əcəb.

Sovet vaxtı “bəyaz rəqs” məfhumu vardı, “bəyaz rəqs”də kişilər qadınları deyil, qadınlar kişiləri rəqsə dəvət edirdi. Bu kiçik üstünlük qadınlar üçün də, kişilər üçün də yetərli olurdu.

Görünür ki, indi yetərli deyil.

İndi kişilər qadınlardan daha cəsarətli addım gözləyirlər.

Yəqin ona görə də səlahiyyətlər qarışıq düşüb, öz yerini dəyişib.

Artıq kişilər qadınları uzaqbaşı çaya dəvət edirlər, yemək sifarişləri isə “alman hesabıyla” ödənilir.

Feministlər narahat olmasın, indi demək olar ki, bütün vəzifələr bərabər bölünüb.

Neçə-neçə ailə tanıyıram ki, kişilər evdə oturur, qadınlar iş dalınca gedir.

Kişi evdə biş-düş edir, çay dəmləyir, arvad işdən yorğun-arğın qayıdanda evdə hazır yemək, isti çay olur.

İntim münasibətlərdə də artıq qadının üstünə daha çox iş düşür.

Beynəlxalq musiqi yarışmalarında qalib kişilər artıq məlahətli görünüşüylə yadda qalır. Aparıcılar isə eyni cinsli olur.

Görəsən kişi strukturu nə vaxt tənəzzülə uğradı? Heç bu haqda düşünmüsünüz?

Yəqin ki, bu haqda geniş düşünməyin məqamıdı.

# 1314 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #