AYB-dən Namiq Məna açıqlaması

AYB-dən Namiq Məna açıqlaması
29 sentyabr 2017
# 17:08

Azərbaycan Yazıçılar Birliyi Namiq Mənanın AYB-nin Qubadlı filialına rəhbər təyin edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edən açıqlama yayıb. Birliyin saytında yer alan açıqlamada deyilir:

“Çörəklərini Yazıçılar Birliyinə qarşı təxribatlarla qazananlar Namiq Mənanın guya Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqqında verilən yalan xəbərləri, yalan məlumatları yaymaqla və bu barədə rəy sorğusu keçirmələriylə bağlı bir daha təkzib verməyə məcburuq. Nizamnaməyə uyğun olaraq, bölmə rəhbəri Yazıçılar Birliyinin katibliyində təsdiq olunur. Katiblik Namiq Mənanın bu vəzifəyə təyin olunması məsələsini müzakirə etməmiş və bu barədə heç bir qərar verməmişdir. Bu təyinatdan “hörmət qoxusu gəlir” deyənlər bizi öz arşınlarıyla ölçməsinlər və bir daha bizi iynəməsinlər.”

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Namiq Mənanın filial sədri seçilməsi ilə bağlı xəbər yayılmışdı.

# 881 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #